Azərbaycanda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlanıb
Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsi hazırlayıb.
Bu barədə qurumdan bildirilib.
Məlumata görə, ölkədə daxili kredit reytinqi mexanizminin yaradılması AMB-nin əsas prioritetlərindən biridir. Bu mexanizmin yaradılması real sektor müəssissələri üzrə informasiya asimmetriyasının azalması, maliyyəyə çıxış imkanlarının artırılması və maliyyə bazarlarının inkişafı baxımından önəmlidir. Qeyd edilənləri nəzərə alaraq, AMB daxili kredit reytinqi layihəsinin icrasına start verib və beynəlxalq təşkilatların kənar ekspertlərini cəlb etməklə texniki iqtisadi əsaslandırma işləri aparıb. Qiymətləndirmə nəticələri əsasında strateji yanaşma və fəaliyyət planı tərtib edilərək icrasına başlanılıb.
"Hazırda "Kredit reytinq agentlikləri haqqında" qanun layihəsinin hazırlanması işləri tamamlanmaq üzrədir. Həmçinin daxili kredit reytinqi ekosisteminin formalaşdırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də aktiv işlər aparılmaqdadır. Hesab edirik ki, ölkədə tənzimlənən daxili kredit reytinqi mexanizminin formalaşması maliyyə əlçatanlığı və maliyyə sabitliyinə müsbət təsir edəcək", – deyə AMB bəyan edib. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İnstaqramda biznes qurmağın yolları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Bill Qeyts kimdir?