Azərbaycanın bank sektoru üzrə yeni göstəricilər açıqlandı - 45 MİLYARDI KEÇİB

Azərbaycanın bank sektoru üzrə yeni göstəricilər açıqlandı - 45 MİLYARDI KEÇİBAzərbaycan Mərkəzi Bankı 2023-cü ilin 8 ayı üzrə (yanvar-sentyabr) bank sektoru üzrə göstəriciləri açılayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 avqust 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 358.7 milyon manat, cəmi öhdəlikləri 39 milyard 474.1 milyon manat, balans kapitalı 5 milyard 884.6 milon manat olmuşdur. Avqust ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1.1%, 1.1% və 0.8% artmışdır.
Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 milyon manat artaraq 21 milyard 814.2 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.2% (11 milyard 821.8 milyon manat); ıı) istehlak kreditləri – 29.9% (6 milyard 532.5 milyon manat) və ııı) ipoteka kreditləri – 15.9% (3 milyard 459.9 milyon manat). Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 milyon manat, istehlak kreditləri 156.5 milyon manat, ipoteka kreditləri isə 86.6 milyon manat artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.4% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1%-i və ya 31 milyard 998.7 milyon manat. Depozit portfelinin 61.6%-i (19 milyard 722.7 milyon manat) hüquqi şəxslərin, 38.4%-i (12 milyard 276 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 54.5%-i (6 milyard 691.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 939.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.8%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında ilin əvvəlinə nəzərən 2.9 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.4 faiz bəndi azalaraq 36.3% təşkil etmişdir.
2023-cü ilin yanvar- avqust aylarında banklar 724,2 milyon manat xalis mənfəət, 1 milyard 64 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23% və 25% artmışdır. 
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin 8 ayında banklar tərəfindən 187,4 milyon  manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% və ya 51,7 milyon manat daha çoxdur.
31 avqust 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 488, şöbələrinin sayı 89, ATM-lərin sayı 3,032 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 172 nəfər artaraq 23,491 nəfər təşkil etmişdir. Ümumilikdə, son 1 ildə bank sektorunda çalışanların sayı 7% və ya 1,544 nəfər artmışdır. 

Banklar     Tarix: 26 sentyabr 2023

Oxşar xəbərlər

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler valyuta mezennesi internetden pul qazanmaq bitkoin almaq bitkoin qiymeti