Azərbaycanın bank sektorunda inkassasiya prosesi robotla həyata keçirilə bilər
Gələcəkdə Azərbaycanın bank sektorunda inkassasiya prosesi (pul daşınması xidməti) robotların iştirakı ilə həyata keçirilə bilər.
Bunu İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə "Dayanıqlı İnkişaf Texnologiyaları: IV Sənaye İnqilabının Texnologiyaları və Bulud Həlləri" mövzusunda Bakıda keçirilən tədbirdə "Kapital Bank" ASC-nin Təhlil və koordinasiya şöbəsinin müdiri Turqut Abdullayev bildirib.
Onun sözlərinə görə, 20-30 il sonra bu proses robotlara çip yerləşdirməklə reallaşdırıla bilər: "Bu, "chat" sistemində verilən avtomatik cavablar kimi olacaq. Yeni robot məlumatları insan kimi emal edə biləcək".
Bundan başqa, bank rəsmisi deyib ki, bankomatların (ATM) nağd pula əlçatanlığını təmin etmək üçün süni intellektdən istifadə edilə bilər: "Bankomatlarda çox pul saxlamaq riskdir. Çünki, oğurluq hadisəsi baş verə bilər. Eyni zamanda bankomatlarda nağd pulun lazımi qədər olmaması müştərilərin narazılığına səbəb ola bilər. Bu kimi çətinlikləri aradan qaldırmaq üçün biz süni intellekt və bulud texnologiyalarından istifadə edə bilərik".
"Müştərilər problemli kartlarını bankomata salanda, ATM-in ekranı dona və yaxud sönə bilər. Bu kimi hallarda süni intellekt sistemi problemi bir neçə dəqiqə ərzində aşkar edir və həll etməyə çalışır. Əgər həll edə bilməsə bu zaman texniki şöbə həmin bankomata yaxınlaşır. Bulud əsaslı sistemlər bizə bankomatların balansını real vaxt rejimində izləməyə, texniki problemləri varsa onu həll etməyə, inkassasiyanı təmin etməyə kömək edir", – deyə o qeyd edib. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Fond birjası nədir?
İnstaqramda biznes qurmağın yolları
SMM nə deməkdir?
Kriptovalyuta nədir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?