"Bank BTB" zərərdən mənfəətə keçib

"Bank BTB" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 888 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 295 min manat xalis zərər ilə bağlamışdı. 
Beləliklə, "Bank BTB" zərərdən mənənfəətə keçib. Bankın mənfəət əldə etməsi gəlirlərinin artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyata vəsait ayırmaması, əksinə ehtiyatdan vəsaitin azad olması ilə əlaqədar artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, ötən ilin ilk rübündə "Bank BTB"nin faiz gəlirləri 6 milyon 544 min manat ikən, 2023-cü ilin ilk rübündə 7 milyon 251 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 56 min manatdan 1 milyon 84 min manata yüksəlib.  
ƏMƏLİYYATI MƏNFƏƏTLİDİR
2023-cü ilin 1-ci rübündə "Bank BTB"nin cəmi əməliyyat gəlirləri 8 milyon 335 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 212 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 123 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 765 min manat hesabına mənfəət 888 min manata yüksəlib. Qeyd edək ki, "Bank BTB" ötən ilin ilk rübünü 408 min manat əməliyyat zərəri ilə başa vurmuş və ehtiyata 2 milyon 887 min manat ayırmışdı. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat gəlirləri 7 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 8 min manat təşkil etmişdi. 
BANK BÖYÜYÜB
31 Mart 2023-cü il tarixində "Bank BTB"  376 milyon 391 min manat cəmi aktivlərə, o cümlədən 250 milyon 558 min manat xalis kredit portfelinə malik olub. Bank ötən ilin eyni tarixində 356 milyon 788 min manat cəmi aktivlərə, o cümlədən 247 milyon 438 min manat xalis kredit portfelinə malik idi. 
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən ilin ilk rübünün yekunu ilə müqayisədə  "Bank BTB" nin depozit portfeli 2 milyon 594 min manat  artaraq 148 milyon 930 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "Bank BTB"  55 milyon 261 min manat məcmu kapitala malik olub. Bank ötən il eyni dövründə 50 milyon 111 min manat məcmu kapitala malik idi.

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri