Bank Respublika Visa ilə birgə yeni "Mobil POS" xidmətini təqdim etdi

Bank Respublika Visa ilə birgə yeni ®Ölkəmizdə nağdsız ödənişlərin artırılmasına, həmçinin rəqəmsal bank xidmətlərinin inkişafına böyük önəm verən Bank Respublika, Visa şirkəti və birgə Visa Tap to Phone texnologiyası əsasında çalışan yeni "Mobil POS" xidmətini təqdim etdi.
Visa Tap to Phone – kontaktsız ödənişləri qəbul etmək üçün Android bazasında işləyən və NFC çipləri ilə təhciz olunan müasir smartfonları və planşetləri ödəniş terminalına çevirən texnologiyadır.
İndi istənilən biznes sahibi rəqəmsal iqtisadiyyata qoşula biləcək – bunun üçün sadəcə tapXphone əlavəsini yükləmək kifayətdir. Günümüzdə daha çox alıcının təmassız ödənişlərə və istənilən məkanda ödəniş etmə imkanına üstünlük verdiyini nəzərə alsaq, Tap to Phone texnologiyası əsasında olan "Mobil POS" innovativ həlli mikro və kiçik biznes üçün yeni, daha geniş imkanlar açır.
Bunun üçün əlavə avadanlığa heç bir xərc çəkmədən smartfonda müvafiq tətbiqi yükləyərək qeydiyyatdan keçmək və istifadəçiyə dair məlumatları qeyd etmək kifayətdir. Tətbiq üzərindən tam təhlükəsiz qaydada həm fiziki bank kartı ilə, həm də ki, Apple və Google Pay ilə müxtəlif növ təmassız  ödənişləri qəbul etmək mümkün olacaq. 
Qeyd edək ki, "Bank Respublika"nın "Mobil POS" xidmətinə ilk 3 ay ərzində qoşulan vergi ödəyiciləri Visa Business Plus kartını tamamilə pulsuz əldə edə biləcəklər.
"Mobil POS" xidmətinin digər üstünlükləri:
Qoşulma və tətbiqdən istifadə tamamilə pulsuzdur
Dövriyyə üzrə ödənilən komisyon haqqı ənənəvi POS-terminal xidməti ilə eynidir
Elektron çekin SMS və email ilə alıcıya göndərilməsi və ya QR-kod ilə oxunması imkanı
Partnyor Web Portalı üzərindən əməliyyatların online izlənməsi və statistik məlumatın əldə edilməsi imkanı
Tam təhlükəsizdir – tətbiq, ödəniş sistemlərinin təhlükəsizlik tələblərinə tam cavab verir
Xidmətə qoşulmaq üçün bankın rəsmi web saytında müraciət yerləşdirmək, Bankın istənilən filialına müraciət etmək və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əlaqə saxlamaq kifayətdir. / banker.az

Banklar     Tarix: 24 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto