"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
17 sentyabr 2024-cü il tarixdə "Bank Respublika"ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. 2024-cü ilin birinci yarımili üzrə Kənar audit yoxlamasının nəticələri haqqında.
4. "Bank Respublika" ASC-də Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında.
Yığıncaq Bakı şəhəri, Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş Ofisində keçiriləcək.
Qeyd edək ki, hazırda "Bank Respublika" ASC-da Müşahidə Şurasının sədri Şakir Rəhimov, Müşahidə Şurasının üzvləri Yohannes Meynhardt, Elçin Quliyev, İrina Şmidt və Steffan Karstendir.
"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov, İdarə Heyəti sədrinin müavinləri Elnur Həsənov və Aslan Abasovdur.
31 dekabr 2023-cü il tarixində "Bank Respublika" ASC-nin səhmdarları Quliyev Natiq Saday oğlu (63.32%), Quliyev Elçin Saday oğlu (18.46%), Quliyev Namiq Saday oğlu (8.47%), Rəhimov Şakir Xəyyam oğlu (5.45%), SIDT (Sparkassen International Development Trust GmbH) (4.22%) və digərləri (0.08%) olub. Bankın son nəzarətedici tərəfi cənab Quliyev Natiq Saday oğludur. / marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?