Bank sektorunda olan bu pulların beşdə biri PAŞA Bank-dadır
"PAŞA Bank" ASC-nin bazar payları açıqlanıb.
Marja.az-ın məlumatına görə, 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bildirib ki, 2022-ci ildə Bankın aktivlər üzrə bazar pay 18,1%, müştərilərə verilən kreditlər üzrə bazar payı 13.5%, korporativ kreditləşmə üzrə bazar payı 26%, depozit portfeli üzrə bazar payı 19.2% təşkil edib.
2022-ci ildə 2021-ci illə müqayisədə "PAŞA Bank"ın aktivlər, müştərilərə verilən kreditlər, korporativ kreditləşmə üzrə bazar payları azalıb, depozit portfeli üzrə artıb. Bankın depozit portfeli (fiziki və hüquqi şəxslərin depozitləri) üzrə bazar payı 2021-ci ildəki 17.3%-dən 19.2%-ə yüksəlib. 2022-ci ilin sonunda bank sektorunun cəmi depozit portfeli 36 milyard 250 milyon manat, o cümlədən PAŞA Bankın depozit portfeli 6 milyard 954 milyon manat təşkil edib.
Qeyd edək ki, bizneslərdə şəffaflaşma üzrə həyata keçirilən tədbirlər nəticəsində artan rəsmi fəaliyyətlər bankların depozit portfelinin artması ilə nəticələnir. Bu, iti korporativ bank olan PAŞA Bankın depozit portfelində daha aydın görünür.



PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?