Bank sektorunda son vəziyyət açıqlandı

Bank sektorunda son vəziyyət açıqlandıMərkəzi Bank "Statistik bülleten"inin İyul sayını dərc edib.
Bank sektoru 
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Marja.az bülletenə istinadən xəbər verir ki, 31 İyul 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 498, şöbələrinin sayı 86, ATM-lərin sayı 3 min 357 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.2% və ya 56 nəfər artaraq 26 min 127 nəfər təşkil etmişdir. 
Fəaliyyətdə olan bankların cəmi aktivləri 55 milyard 700.1 milyon manat, cəmi öhdəlikləri 48 milyard 689.7 milyon manat, balans kapitalı isə 7 milyard 10.4 milyon  manat olmuşdur.
Hesabat ayında bankların kredit portfeli 0.1% və ya 26 milyon manat artaraq 28 milyard 498.2 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 52.8% (15 milyard 55.8 milyon manat);
ıı) istehlak kreditləri – 31.6% (9 milyard 2.2 milyon manat)
ııı) ipoteka kreditləri – 15.6% (4 milyard 440.2 milyon manat).
Bankların kredit portfelinin 85.8%-i milli valyutada, 14.2%-i xarici valyutada verilmiş kreditlərdən ibarətdir (2024-cü ilin sonuna bu nisbətlər müvafiq olaraq 83.9% və 16.1% olmuşdur). 
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.3%-i və ya 36 milyard 650.9 milyon manat. Depozit portfelinin 58.8%-i (21 milyard 537 milyon manat) hüquqi şəxslərin, 41.2%-i (15 milyard 113.9 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 
Fiziki şəxslərin əmanətlərinin 67.2%-i (10 milyard 159.1 milyon manat) milli valyutada, 32.8%-i (4 milyard 954.8 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63%-i (9 milyard 519.9 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayında 1.2% və ya 111.8 milyon manat artmış, tələbli əmanətləri isə 1% və ya 58.7 milyon manat azalmışdır (fiziki şəxslərin cəmi əmanətləri son 1 ayda 0.4% artmışdır).
2025-ci ilin iyul ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 3.3% (5 min 529 əmanətçi), ilin əvvəlindən 15.4% (23 min 183 əmanətçi) artmışdır.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 141.1 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.9%-ni təşkil etmişdir. 
2025-ci ilin yanvar – iyul aylarında banklar 682.8 milyon  manat xalis mənfəət, 1 milyard 85.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 7 ayında banklar tərəfindən ümumilikdə 165.7 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyul ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvaviq dövrünə nəzərən 3.4% artaraq 36 milyard 662.6 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 154.8 milyon manat artaraq 2 milyard 740.2 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Ödənişlər sektoru 
Banklar və "Azərpoçt" MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 271 min ədəd artaraq 20 milyon 913 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 17% artmış, kredit kartlarının sayı isə 7% azalmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 20.2% artmışdır. 2025-ci ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 753 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 629 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 120 milyon manatı POSterminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC-nin ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 8.3%, POS-terminalların sayı 48.7% artmışdır.

Banklar     Tarix: 29 avqust 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler 1000 manatla biznes online pul qazanmaq pul qazanmaq bitkoin qiymeti