Banklarda əmanəti olanlar 4 ayda 190,5 milyon manat qazanıblar

Banklarda əmanəti olanlar 4 ayda 190,5 milyon manat qazanıblar2023-cü ilin ilk 4 ayında (yanvar-aprel) banklar tərəfindən əmanətçilərə depozitlər üzrə 190,5 milyon manatlıq faizlər ödənilib.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin ilk 4 ayı ilə müqayisədə depozitlər üzrə ödənilən faizlər 56,2 milyon manat və ya  41,8% artıb. Ötən ilin eyni dövründə banklar əmanətçilərə 134,3 milyon manat depozitlər üzrə faizlər ödəmişdi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
O cümlədən, 2023-cü ilin ilk 4 ayında müddətli depozitlər üzrə ödənilmiş faizlər 115,6 milyon manat olub.
Aprel ayında əmanət sahiblərinə 47,7 milyon manat faizlər ödənilib. 
Qeyd edək ki, 2022-ci ildə əmanətçilərə 459 milyon manat depozit faizləri, o cümlədən 418,7 milyon manat müddətli depozit faizləri ödənlmişdi. 
2023-cü ilin yanavar-aprel dövründə bankların faiz gəlirləri 1 milyard 97 milyon 100 min manata, qeyri-faiz gəlirləri isə 374 milyon 935 min manat təşkil edib. 
01.05.2023-cü il tarixində əhalinin əmanətləri 12 milyard 211.6 milyon manat təşkil edib. Aprel ayında əhalinin cəmi əmanətləri 247,2 milyon manat artıb. 
Əhalinin cəmi əmanətləri yanvarın əvvəlində 11 milyard 743 milyon manata, aprelin əvvəlində isə 11 milyard 964.4 milyon manata çatmışdı. 
2023-cü ilin ilk 4 ayı ərzində əhalinin cəmi əmanətləri 468,6 milyon manat artıb. 
Əhalinin əmanətlərinin 6 milyard 376,2 milyon manatını müddətli, 5 milyard 579,2 milyon manatını tələbli əmanətlər təşkil edib. Apreldə müddətli əmanətlər 64,8 milyon manat, tələbli əmanətlər isə 171,2 milyon manat artıb. 2023-cü ilin ilk 4 ayında isə müddətli əmanətlər 172,1 milyon manat, tələbli əmanətlər isə 300,4 milyon manat artıb.
Sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri ilk 4 ayda (yanvar-aprel) 3,8 milyon manat azalıb, aprel ayında isə 11,3 milyon manat artıb.
Banklarda əmanəti olanlar 4 ayda 190,5 milyon manat qazanıblarBanklarda əmanəti olanlar 4 ayda 190,5 milyon manat qazanıblar

Banklar     Tarix: 30 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto