Beynəlxalq agentlik Kapital Bank-ın reytinq proqnozunu yüksəltdi
Standard & Poors Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinq proqnozunu "stabil"dən "pozitivə" yüksəldib, uzunmüddətli və qısamüddətli kredit reytinqlərini isə "BB-/B" səviyyəsində təsdiqləyib. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.
Bu barədə Kapital Bankın yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Agentliyin hesabatında qeyd olunur ki, bu reytinqlər Kapital Bank-ın digər yerli və oxşar beynəlxalq banklarla müqayisədə yüksək gəlirliyindən, aktivlərinin keyfiyyətindən, həmçinin 2022-ci ilin sonuna problemli kreditlərin ("Stage 3") ümumi portfeldəki həcminin cəmi 2,3% faiz təşkil etməsindən irəli gəlir. "Pozitiv" reytinq proqnozu bankın gəlirlilik, aktivlərin keyfiyyəti və kapitallaşma baxımdan növbəti 12-24 ay ərzində də öz rəqiblərini üstələyəcəyini əks etdirir.
Agentliyin fikrincə, Kapital Bank Azərbaycanın bank sektorunda rekord mənfəət göstəricisinə korporativ, kiçik, orta sahibkarlıq (KOB) və pərakəndə bankçılıq arasında diversifikasiyanın düzgün həyata keçirməsi, aktivlərdən səmərəli istifadə sayəsində nail ola bilib. Bankın 2020-2022-ci illərdə aktivlərinin gəlirliyi (ROA) ortalama 4,5%, kapitalının gəlirliyi (ROE) isə ortalama 36% təşkil edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
İban nədir?