"Birbank" tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
®Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən "Birbank" tələbə təqaüd proqramı uğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə 3000-dən çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər namizəd "Birbank təqaüdçüsü" adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.
Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm də Kapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanları əldə ediblər.
Layihənin bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması departamentinin direktoru Aygün Həsənova iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb.
Xüsusilə qeyd edək ki, proqramın iki məzunu Samin Hüseynov və Yaqub Əhmədov dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of Cambridge) və İmperial Kollecində (Imperial College London) magistr təhsili almaq hüququ qazanaraq təhsillərini xaricdə davam etdirmək imkanı əldə ediblər.
Qeyd edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan olunacaq.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Françayzinq nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Start-up nədir?
Dünyanın ən zəngin idmançıları