Birjalarda son vəziyyət

Birjalarda son vəziyyətAmerikada artan inflyasiya göstəricilərindən sonra ötən həftənin əvvəli ABŞ Federal Ehtiyyatlar Sisteminin martda faiz dərəcələrini endirəcəyinə dair ehtimalların kəskin azalması fonunda dollar major valyutalar qarşısında bahalaşsa da, həftənin sonuna doğru İngiltərədə də proqnozların əksinə olaraq İstehlak Qiymətləri İndeksinin kəskin artımla açıqlanması funt-sterlinqi və avronun qiymətlərinə dəstək oldu. 
Lakin qeyd etmək lazımdır ki, yüksək inflyasiya rəqəmlərinə baxmayaraq, bazar iştirakçıları Federal Ehtiyatlar Sisteminin potensial faiz dərəcəsini azaltması ehtimallarının mövcudluğuna inanırlar. Bu gözləntilərə bir neçə sonrakı endirimlərin mümkünlüyü də daxildir.
Qeyd etmək lazımdır ki, hazırda bazar gözləntiləri, faktiki məlumatlar və Federal Ehtiyatlar Sisteminin mövqeyi arasında ciddi uyğunsuzluqlar müşahidə olunur.
Cümə axşamı günü ABŞ-da Ümumdaxili Məhsulun həcminə dair göstəricilər iqtisadi artımın əsas göstəricisi olan istehlak xərclərinin daha yüksək faiz dərəcələri qarşısında dayanıqlı olub olmadığını göstərən əlamətlər səbəbindən yaxından izləniləcək.
Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) inflyasiyaya nəzarət etmək üçün ötən il faiz dərəcələrini artırıb. Lakin qiymət artımlarının yavaşlaması ilə bu il faiz dərəcələrinin azaldılmasının potensial tempi və iqtisadiyyatın resessiyadan qaça bilməyəcəyi ehtimalları bazarlara kölgə salan əsas qeyri-müəyyənliklərdir.
Həmçinin çərşənbə günü Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə  Sənaye Sektorunda Biznes Aktiviliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, ən əsası isə cümə axşamı günü Avropa Mərkəzi Bankının faiz qərarı, bank sədri Kristin Laqardın çıxışları EURUSD və GBPUSD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər.
Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən Dollar indeksi geridə qoyduğumuz həftə ərzində 103.70 bənd həddinə kimi yüksəlmiş, lakin burada müqavimətlə qarşıaşaraq kritik hədd olan 103.50 bənd həddinin altına qayıdıb.  Həftəlik şamını 103.20 bənd səviyyəsində bağlayan DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.
İnvestorlar cari həftə ərzində birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə  Sənaye Sektorunda Biznes Aktiviliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avropa Mərkəzi Bankının faiz qərarı, Amerikada ÜDM-in həcmi və İşsizlik Müavinatı üçün Müraciətlərin sayı, Şəxsi xərclər Qiymət İndeksi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.
Bazar iştirakçıları bu həftə həmçinin Yaponiya və Kanada Mərkəzi Banklarının faiz qərarlarını diqqət mərkəzində saxlayacaqlar. 
​EUR
Ötən həftəyə enişlə başlayan EURUSD məzənnəsi Avrozonada ehtimallara uyğun, İngiltərədə isə inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra funtda müşahidə olunan yüksəliş fonunda, avro da dollar qarşısında 1.0910 hədlərinə yüksəlib və həftəlik şamını bu səviyyədə bağlayıb. 
Təhlillərə əsasən, EURUSD məzənnəsində "buğalar" qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Cari həftə ərzində keçiriləcək toplantısında ECB-nin faiz dərəcələrini dəyişməyəcəyinə kəsin gözü ilə baxılsa da, AMB sədri Kristin Laqardın çıxışında monetar siyasətin gələcəyinı dair ipucları aranacaq.
GBP
Ötən həftə ərzində 1.2720 hədlərinə qədər bahalaşan GBPUSD məzənnəsi həftəlik şamını bu səviyyəsində tamamladı. Cari həftə ərzində isə, Amerikada və Avrozonada açıqalanacaq önəmli iqtisadi göstəricilər funt-sterlinqin də valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər. 
NEFT
"OPEC" üzvü Liviyanın ən böyük yatağından hasilatı bərpa etməsindən sonra neft qiymətləri erkən enişdən sonra sakitləşdi. Bu, Qırmızı dənizdə gəmiçiliyi pozmağa davam edəcək gərginliklə bağlı narahatlıqları kompensasiya edir.
Xam neft bu il istiqamət tapmaqda çətinlik çəkib, həftələrdir sərt enişlər və yüksəlişlər sərgiləyib. Bu qarışıq tendensiya Yaxın Şərqdəki gərginliyin, o cümlədən İsrailin Qəzza zolağına hücumlarının təsiri nəticəsində ortaya çıxdı, neft bazarlarının bol şəkildə təmin olunmağa davam edəcəyi ilə bağlı gözləntiləri kompensasiya etdi. Ötən həftə Beynəlxalq Enerji Agentliyi "OPEC"-dən kənarda neft hasilatında artımların olduğunu, lakin tələb artımının yavaşladığını vurğulamışdı.
Ötən həftə ərzində qarışıq tendensiya sərgiləyən "WTI" və "Brent" nefti həftənin son ticarət günündə ucuzlaşaraq həftəlik şamlarını müvafiq olaraq, 73.50$ və 78.50$ səviyyələrinin altında bağladılar.
Analitiklərin proqnozlarına əsasən "buğalar" qiyməti 78$ həddinin üzərində qoruyub saxlaya bilsələr, "Brent" nefti yenidən 80$-a kimi bahalaşa bilər. 77$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 75$ və 70$ səviyyələri çıxış edir. 79$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, "Brent" nefti 80$ və 82$-a kimi bahalaşa bilər.
Lakin qeyd etmək lazımdır ki, analitiklərin fikrincə, geosiyasi risklərə baxmayaraq, xam neftə tələbat proqnozu zəif olaraq qalır.
XAU/USD
Ötən həftəyə 2048$ səviyyəsində start verən qızıl, gedişatda 2000$-a kimi ucuzlaşsa da, burada "buğalr"ın dəstəyini alaraq dibdən alışlarla yenidən bir qədər yüksəldi və həftəlik şamını 2029$ səviyyəsində bağladı. Lakin "sarı metal"ın qiyməti, aktuallığını qoruyan dolların bahalaşma ehtimalları fonunda eniş meyllərini saxlayır. FED-in faiz endirimi ehtimallarının ertələnməsi fonunda "ayılar" satış həcmlərini artırarlarsa, 2000$ səviyyəsi yenidən test edilə bilər. 
İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənliklər artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.
Analitiklərin təhlillərinə əsasən qiymətli metalın dəyəri 2000$-lıq dəstək səviyyəsini qoruya və "buğalar" qiyməti 2050$-ın üzərinə qaytara bilsələr, 2100$ hədləri yenidən test oluna bilər. 
Məlumat İnvest-AZ İnvestisiya İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 22 yanvar 2024

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur


iqtisadi xeberler depozit faizleri birbank bitcoin pul qazanmaq