Bizneslərə verilən manat kreditlərinin faizləri son 10 ilin maksimumuna çatıb

Bizneslərə verilən manat kreditlərinin faizləri son 10 ilin maksimumuna çatıbAzərbaycanda milli valyutadada yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi 2014-cü ilin noyabrından bu tərəfə maksimuma yüksəlib.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, milli valyutada şirkətlərə verilən yeni kreditlərin orta faiz dərəcəsi 2024-cü ilin iyununda 10.46 faiz olub. Bu öncəki ayda 10.40 faiz, ilin əvvəlində isə 10.14 faiz idi.
Manatda verilən yeni kreditlər üzrə orta göstərici sonuncu dəfə bu zirvədə 2014-cü ilin noyabrında qeydə alınıb və araşdırmaya əsasən, həmin tarixdə kreditlərin orta faizləri 10.64 faiz olmuşdu.
Oxşar yazı: Bankların biznes kreditləri RENKİNQİ: həcm, dinamika və bazar payı (01.07.2024)
Biznes kreditləri son illərdə yeni tarixi zirvə olan 13 milyard 874.8 milyon manat ekvivalentinə yüksəlib. Bu ilin əvvəlindən 10 faiz, son bir ildə isə 19 faiz yüksəlib.
Xarici valyutada bizneslərə verilən yeni kreditlərin orta faizləri 5.45 faiz olmaqla 2019-cu ilin noyabrından bu tərəfə maksimuma qalxıb.
Hüquqi şəxslərdən cəlb edilmiş manatdakı depozitlərin faizləri də yüksəlməkdə davam edir. Belə ki, iyul ayının əvvəlinə olan göstəriciyə əsasən, yeni cəlb edilmiş hüquqi şəxslərin depozitlərinin orta illik faizləri 6.37% olub və bu da son 9 ildə qeydə alınmış ən yuxar göstəricidir.
Bu müddət ərzində fiziki şəxslərə verilən yeni kreditlərin orta faiz dərəcəsi isə əksinə düşüb. Manatda fiziki şəxslərə verilən yeni kreditlər üzrə orta illik faizlər 16.14 faiz təşkil edib. Bu indiyə qədər qeydə alınan ən aşağı rəqəmdir.
Qeyd edək ki, son illərdə Azərbaycan Mərkəzi Bankı kredit və faizlər üçün ölkə üzrə bençmarkı sayılan uçot faiz dərəcəsini 10%-ə yaxın bir səviyyədən 7%-ə qədər azaldıb. Qeyd edilən azaldılma nəzəriyyə ilə əslində depozit və kredit faizlərinə təsir etməli idi. Lakin tənzimləyicinin bu aləti hələ ki, bazarda güclü təsiri yoxdur. Mərkəzi Bankın sədri son cari ildə uçot faiz dərəcəsinin bazarda təsirsiz olmasını bir sıra avtonom faktorlarla əlaqəli olduğunu izah etmişdi.
Bizneslərə verilən manat kreditlərinin faizləri son 10 ilin maksimumuna çatıb

Banklar     Tarix: 25 iyul 2024

Oxşar xəbərlər

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun