Çempionlar Yelo Bank-da

Çempionlar Yelo Bank-da®Əməkdaşlar arasında sağlam həyat tərzinin təbliği üçün "Push30" şirkətinin dəstəyi ilə Yelo Bank-da "Healthy Talks" tədbiri həyata keçirildi. Tədbirdə dünya və Avropa çempionları, həmçinin, beynəlxalq dərəcəli məşqçilər spiker kimi çıxış etdilər. Tamaşaçı qismində Bankın əməkdaşları ilə yanaşı tanınmış idmançılar və məşqçilər də iştirak edirdilər.
Tədbirin spikerləri arasında MMA idman növü üzrə Dünya, Avropa və Avrasiya çempionu Tofiq Musayev, Pauerliftinq üzrə Dünya və Avropa rekordçusu Rövşən Xəlilov, Dünya və Avropa kubokunun sahibi Ramil Əhmədov, Karate üzrə Dünya və Avropa çempionatının mükafatçısı Şahin Atamov və idman təlimçiləri yer alırdı. İki paneldən ibarət tədbir "Push30" nümayəndələrinin çıxışı ilə başladı. Daha sonra spikerlərin maraqlı təqdimatlarının ardınca sual-cavab sessiyası və hədiyyəli müsabiqələr təşkil edildi. Panellər arası fasilədə müxtəlif şirkətlərin iştirakı ilə sağlam qida yarmarkası keçirildi. 
Qeyd edək ki, Yelo Bank "Push30" şirkətinin korporativ üzvüdür. Əməkdaşlar bu platformaya daxil olan fitnes və sağlamlıq mərkəzlərində bir çox imtiyazlardan faydalana bilirlər.
Bank xidmətləri, eləcə də kart məhsulları haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
Çempionlar Yelo Bank-daÇempionlar Yelo Bank-daÇempionlar Yelo Bank-daÇempionlar Yelo Bank-daÇempionlar Yelo Bank-da/ banker.az

Banklar     Tarix: 27 dekabr 2022

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler biznes xeberleri bitcoin qiymeti valyuta kurslari investisiya