Dələduzlardan qorunun: Sizi necə aldadırlar və nə etməlisiniz?
Maliyyə təhlükəsizliyiniz öz əlinizdədir. Dələduzlar bəzən bank əməkdaşı rolunda, bəzən də kampaniya təklifiylə sizə yaxınlaşırlar. Məqsəd sadədir – kart və bank məlumatlarını ələ keçirmək. Bu halların qarşısını sadəcə bir az diqqətli olmaqla ala bilərsiniz.
Dələduzlar daha çox hansı üsullardan istifadə edirlər?
Özlərini bank əməkdaşı kimi təqdim edib sizi "məlumat dəqiqləşdirməyə" çağırırlar;
Telefonla, SMS və ya sosial şəbəkələrdə kart nömrəsi, CVV kodu, PIN və ya OTP kodunu istəyirlər;
"Balansınızda problem var", "Kartınız bloklanacaq", "Pul köçürülüb, təsdiqləyin" kimi təlaş yaradan mesajlar göndərirlər;
Yalan kampaniyalarla sizi "hədiyyə qazandınız" deyə aldadaraq, linkə daxil olmağa və ya məlumat paylaşmağa çağırırlar.
Unutmayın:
Bank əməkdaşı sizdən heç vaxt kart nömrəsi, PIN kodu, CVV və ya OTP kodu istəmir;
Məhsul və xidmətləri, kampaniyaları haqda məlumatları yalnız bankın rəsmi səhifələrindən alın;
Telefonla, mesajla və ya sosial şəbəkə vasitəsilə gələn istənilən şübhəli müraciətə cavab verməyin;
Tanımadığınız nömrələrə və ya linklərə daxil olmayın;
Əgər şübhələndiyiniz hal olarsa, dərhal bankla əlaqə saxlayın.
Maliyyə vəsaitlərinizi qorumaq üçün bir addım kifayətdir – məlumatlarınızı gizli saxlayın. Unutmayın, bank məlumatlarınız yalnız sizə məxsusdur! / banker.az

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
Enerji xərclərinizi "Unibank"la azaldın
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Marketinq nə demədir?
Biznes qurmaq üçün nə lazımdır?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?