Expressbank qanvermə aksiyası keçirib – FOTOLAR
®Expressbank ənənəvi olaraq könüllü qanvermə aksiyası keçirib.
Bankın təşəbbüsü ilə Mərkəzi Qan Bankının nümayəndələri Expressbank-ın baş ofisinə gələrək aksiyanın həyata keçirilməsinə dəstək olublar.
Həkim-hematoloqlar tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlandıqdan sonra onlardan qan götürülüb. Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.
Hal-hazırda ölkəmizdə 2000-dən çox insan talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkir. Korporativ sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank qanvermə layihələri təşkil etməklə xəstəliklə mübarizədə onlara daim dəstək olur.
Expressbank Bakı və regionlarda 15 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.



/ banker.az

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi! ®
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
İqtisadi modellər niyə artıq işləmir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Proqramçılar üçün TOP-5 Freelance sayt
Bitcoin necə işləyir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri