"Finans Kredit" 3 dəfə böyüyüb - MALİYYƏ GÖSTƏRİCİLƏRİ

Bank Olmayan Kredit Təşkilatı "Finans Kredit" MMC 31 Dekabr 2022-ci il tarixinə olan maliyyə göstəricilərini açıqlayıb.
Marja.az Təşkilatın 31 Dekabr 2022-ci il tarixində bitən il üzrə maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT "Finans Kredit" ötən ili 40 min 317 manat xalis mənfəət ilə başa vurub. Təşkilat 2021-ci ili 45 min 652 manat xalis mənfəət ilə bağlamışdı. 
"Finans Kredit"in faiz gəlirləri 2021-ci ildə 112 min 293 manat ikən, 2022-ci ildə 287 min 595 manata yüksəlib (175 min 302 manat və ya 156% (2,6 dəfə) artıb) 
"Finans Kredit"in kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ildə 2021-ci illə müqayisədə 1 milyon 429 min 551 manat və ya 3,2 dəfə artaraq 2 milyon 74 min manata çatıb. 
Ötən il "Finans Kredit"in cəmi aktivləri 3 dəfə artaraq 2 milyon 493 min 782 min manata yüksəlib. Kredit təşkilatı 2021-ci ilin sonunda 837 min 707 manat cəmi aktivlərə malik idi.
31 Dekabr 2022-ci il tarixində "Finans Kredit" 300 min manat nizamnamə kapitalına malik olub.
Bank Olmayan Kredit Təşkilatı "Finans Kredit" MMC 2020-ci ilin Oktyabr ayında lisenziya almış və 2021-ci ildən faktiki fəaliyyətə başlamışdır.

Banklar     Tarix: 23 may 2023

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi biznes qurmaq bitkoin almaq