Fransada iki böyük bankın ödəniş sistemləri sıradan çıxıb
Fransada ölkənin 14 milyona yaxın sakininə xidmət göstərən iri bankların ödəniş sistemlərində nasazlıq yaranıb.
Bu barədə "Le Parisien" nəşri yazıb.
Qəzetin aydınlaşdırdığı kimi, bir gün əvvəl "Credit mutuel" və CIC müştəriləri kredit kartları ilə alış-veriş edə və nağd pul çıxara bilməyiblər. Birinci bank problemləri qurumun İT departamentinin əməkdaşları tərəfindən tez bir zamanda aşkar edilərək aradan qaldırılan "daxili nasazlıq" kimi izah edib. Mənbə bildirib ki, çətinliklər kompüterin yenilənməsindən sonra yaranıb.
"Downdetector" portalının məlumatına görə, "Credit mutuel" müştərilərindən 5000-dən çox, CIC-dən isə 3000-dən bir qədər az şikayət daxil olub. Bəzi müştərilər ödəyə bilmədiyi ərzaqları supermarketdə tərk etməli olublar. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Françayzinq nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Start-up nədir?
Dünyanın ən zəngin idmançıları