İlk dəfə "Kapital Bank"ın əməliyyat gəlirlər 1 milyard manatı aşıb

İlk dəfə "Kapital Bank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Kapital Bank" 2022-ci ili 308 milyon 47 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 179 milyon 963 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 128 milyon 84 min manat və ya 71,2% artıb. Xalis mənfəətin artması həm əməliyyat gəlirlərinin artması ilə əməliyyat mənfəətinin artmasından, həm də,mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 3 milyon 289 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 29,5% və ya 228 milyon 272 min manat çoxdur. "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri 2021-ci ildə 775 milyon 17 min manat təşkil etmişdi.
2022-ci ildə "Kapital Bank"ın faiz gəlirləri 609 milyon 374 manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 28,5% və ya 135 milyon 193 manat çoxdur.
2022-ci ildə "Kapital Bank"ın qeyri-faiz gəlirləri 393 milyon 915 manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 30,9% və ya 93 milyon 79 min manat çoxdur.
2022-ci ildə "Kapital Bank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 542 milyon 827 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 33,7% və ya 136 milyon 704 min manat çoxdur. "Kapital Bank"ın əməliyyat xərcləri 2021-ci ildə  406 milyon 123 min manat təşkil etmişdi.
2022-ci ildə "Kapital Bank"ın faiz xərcləri 84 milyon 61 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 22,3% və ya 15 milyon 313 min manat çoxdur.
2022-ci ildə "Kapital Bank"ın qeyri-faiz xərcləri 458 milyon 766 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 36% və ya  121 milyon 391 min manat çoxdur.
"Kapital Bank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 460 milyon 462 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə Bankın əməliyyat mənfəəti 368 milyon 894 min manat olmuşdu. Beləliklə, Bankın əməliyyat mənfəəti 91 milyon 568 min manat və ya 24,8% artıb.
2022-ci ildə "Kapital Bank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 75 milyon 153 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 45,4% və ya 62 milyon 365 min manat azdır. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 137 milyon 518 min manat ayırmışdı.
"Kapital Bank" ASC 2022-ci ildə 77 milyon 262 min manat mənfəət vergisi ödəyib. Bank 2021-ci ildə 51 milyon 413 min manat mənfəət vergisi ödəmişdi.
BANKIN CƏMİ AKTİVLƏRİ 1,1 MİLYARD MANATDAN ÇOX ARTB
"Kapital Bank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 16,7 % və ya 1 milyard 112 milyon 641 min manat artaraq 31 Dekabr 2022-ci il tarixində 7 milyard 822 miylon 164 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 6 milyard 709 milyon 523 min manat cəmi aktivlərə malik idi.
Xəbər yenilənəcək...
İlk dəfə İlk dəfə İlk dəfə

Banklar     Tarix: 17 yanvar 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri