İran Milli Bankının direktoru istefa verib
İran Milli Bankının direktoru Əli Salehabadi tutduğu vəzifədən istefa verib.
Bunu ölkənin Mərkəzi Bankının sözçüsü Vəfa Kamari bildirib.
Onun sözlərinə görə, maliyyə qurumunun İdarə Heyəti Əli Salehabadinin istefasını qəbul edib və Məhəmmədrza Fərzini yeni rəhbər seçilib.
V.Kərimi deyib ki, onun istefasına əsas səbəb olaraq İran milli valyutasının sürətlə ucuzlaşması göstərilib.
Məlumat üçün bildirək ki, hazırda 1 ABŞ dollarının 43 min tümənə mübadilə edildiyi bildirilir.
Qeyd edək ki, Məhəmmədrza Fərzini 2021-ci ildən Milli Bankda işləyir. O, 2019-2021-cü illərdə Sahibkarlar Bankının baş direktoru və bankın Direktorlar Şurasının sədri olub.
Xatırladaq ki, son günlər İranda 3 əyalətin – Sistan-Bəlucistan, Kerman və Xuzistanın ica hakimiyyəti başçıları, yol, nəqliyyat və şəhərsalma naziri tutduqları vəzifədən azad edilib. Həmin əyalətlərə İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) komandirləri başçı təyin olunub.
İbrahim Rəisi infilyasiya, gündəlik tələbat mallarının bahalaşmasının qarşısını almaq üçün hökumətdə dəyişikliklər edir.
Bildirilib ki, ərzaq məhsullarının, o cümlədən çörək, lobya, meyvə, tərəvəz, çay, süd, yumurta, pendir, kərə yağı və başqaları 72,6 faiz bahalaşıb, qeyri-ərzaq və xidməti sahələrdə qiymətlər 37,1 faiz artıb.
İranın sənaye, faydalı qazıntılar naziri Reza Fatemi Aminin sözlərinə görə, avtomobilllərin qiymətinin qalxması dolların bahalaşması ilə əlaqədardır.
Mütəxəssislər İbrahim Rəisi hökumətinin iqtisadi-maliyyə siyasətinin yarıtmazlığı və ölkədəki etiraz aksiyaları ilə bağlı olduğunu bildiriblər. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Start-up nədir?
Shopify-da necə satışa başlamaq olar?
Whatsapp biznesin üstünlükləri nələrdir?
CV-nin tərtib edilməsi prinsipləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?