"Kapital Bank" dividend ödəyəcək
31 Mart 2023-cü il tarixində "Kapital Bank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, yığıncağın gündəliyinə, 2022-ci ilin yekunlarına dair maliyyə hesabatlarının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, bankın nizamnaməsinin təsdiq edilməsi və digər məsələlər daxildir.
Xəbər verdiyimiz kimi, "Kapital Bank" 2022-ci ili 308 milyon 47 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 179 milyon 963 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Kapital Bank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 128 milyon 84 min manat və ya 71,2% artıb. Xalis mənfəətin artması həm əməliyyat gəlirlərinin artması ilə əməliyyat mənfəətinin artmasından, həm də,mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayrılan vəsaitin azalmasından qaynaqlanır.


Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"Freelance" nədir?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt