Kapital Bank-ın baş sponsorluğu ilə "iFest-İnnovasiya və Texnologiya" festivalı baş tutub
®Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı, "Azercosmos", "4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan "İnnovasiyalar Mərkəzi"nin rəsmi tərəfdaşlığı ilə ölkəmizdə ilk "iFest- İnnovasiya və Texnologiya" festivalı keçirilib.
Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Qeyd edək ki, festival ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına(COP29)-a həsr olunub və "Yaşıl texnologiya – yaşıl dünya naminə" şüarı altında baş tutub. Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlər, startapların təqdimatı, investor görüşləri, texnologiya şirkətlərinin sərgisi, eləcə də əyləncəli şou proqramlar keçirilib.
Silsilə xarakter daşıyan festivalda "Gələcəyin İnnovasiyası: Texnologiyaya istiqamət verən Trendlər və Strategiyalar" və "COP29 və İnnovasiya: Dayanıqlı Gələcək üçün İnnovativ Həllər" mövzularında iki panel müzakirələri aparılıb. Kapital Bank-ın kiçik və orta sahibkarlarla iş departamentinin satış şöbəsinin müdiri Rəşad Babayev ilk panelin çıxışçıları arasında müzakirələrdə iştirak edib.
Qeyd edək ki, "iFest-İnnovasiya və Texnologiya" festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İnstaqramda biznes qurmağın yolları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Bill Qeyts kimdir?