"Lisenziyalaşdırma sektora güvən və sabitlik gətirəcək"
"Ölkəmizdə lisenziyalaşdırma müddəti hələ başa çatmayıb və bir çox ödəniş qurumları lisenziyasız fəaliyyətlərini davam etdirirlər. Mərkəzi Bank digər ödəniş şirkətlərinə hələlik lisenziya verməsə də, onlara müəyyən zaman tanımaqla fəaliyyətlərini davam etdirməyə imkan verib. Bu qərar sektorda xidmətin davamlılığını təmin etmək və bazarda rəqabəti qorumaq üçün başa düşülən addımdır. Lakin bu, bizim kimi lisenziyalı şirkətlər üçün müəyyən çətinliklər yaradır. Rəqabət bərabərsizliyi bizim kimi lisenziya almaq üçün sərmayə yatıran şirkətlərə maliyyə və əməliyyat baxımından çətinliklərlə qarşılaşdırır".
Bunu Marja.az-a müsahibəsində Azərbaycanın ilk lisenziyalı ödəniş təşkilatı olan "Token Azerbaycan" MMC-nin baş direktoru Raşit Kartal bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
O əlavə edib: "Buna baxmayaraq, biz Mərkəzi Bankın sektorda nizam-intizamı qorumaq səylərini dəstəkləyir və inanırıq ki, bu proseslərin başa çatdırılması uzunmüddətli perspektivdə sektora güvən və sabitlik gətirəcək".
Raşit Kartal rəhbərlik etdiyi Şirkətin lisenziyalaşdırma prosesindən də danışıb:
"Əslində biz keçən ilin iyul ayından, yəni "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Qanun imzalanan kimi hazırlıqlarımıza başladıq. Məqsədimiz yalnız lisenziyanı almaq deyil, onu alan ilk şirkət olmaq idi. Bu lisenziyanın alınmasında Türkiyədəki elektron pul şirkətimizin lisenziyasının olması və oradaki təcrübəmiz böyük rol oynadı. Burada bizim üçün ən dəyərli məqam Azərbaycan Respublikasının Mərkəzi Bankının bizi bu prosesdə istiqamətləndirməsi və müsbət yanaşması idi. Bu səbəblə Taleh Kazımov, Fərid Osmanov, Kəmalə Qurbanova və bütün komandaya dərin minnətdarlığımı bildirirəm".
Həmçinin oxu


"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
ZARA-nın uğur hekayəsi
Az pulla hansı işi qurmaq olar?
McDonalds haqqında maraqlı faktlar
Swift nədir?