Mərkəzi Bank faiz indekslərini açıqlamağa başlayır - AZİR

Mərkəzi Bank faiz indekslərini açıqlamağa başlayır - AZİRMərkəzi Bank özünün rəsmi internet səhifəsində gündəlik əsasda təminatsız bazarda banklar arasında milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən müxtəlif müddətli AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayır.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Məlumata görə, bu indekslər Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən "Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi (AZIR - Azerbaijan Interbank Rate) üzrə İndekslərin Hesablanması və Açıqlanması Qaydaları" əsasında hesablanır.
İndekslərin hesablanmasında Blumberq ticarət platformasında Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada bağlanan əqdlərdən istifadə edilir. Faiz indekslərilə yanaşı Mərkəzi Bankın internet səhifəsində müvafiq tələblərə cavab verən əqdlərin məbləği və sayı da açıqlanacaqdır.
Mərkəzi Bank AZIR indekslərindən pul siyasətinin əməliyyat məqsədlərinə nail olmasının effektivliyinin ölçülməsi göstəricilərindən biri kimi istifadə edir. Bazar iştirakçıları maliyyə bazarında müxtəlif əqdlərin bağlanması zamanı AZIR indeksindən istinad faiz dərəcəsi kimi istifadə edə bilərlər. / marja.az

Banklar     Tarix: 02 may 2023

Oxşar xəbərlər

"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub

"Kapital Bank" ASC-nin səhmdar strukturunda dəyişiklik baş verib. Bankın iri səhm paketi "PAŞA Holding" MMC-dən "Bir Ekosistem" MMC-yə ötürülüb. xəbər verir ki, "Bir Ekosistem" MM

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

Azərbaycanın Gürcüstana investisiyası 48% artıb

Azərbaycanın Gürcüstan iqtisadiyyatına yönəltdiyi birbaşa investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə 47,7% artaraq 114 milyon dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 77,1 milyon dolla

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Xalq Bank və Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) arasında müvəkkil kredit təşkilatı vasitəsilə Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb


iqtisadi xeberler pul qazanmaq bitkoin almaq birbank 1000 manatla biznes