Mərkəzi Bank milli valyutada əməliyyatları əks etdirən indeks açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı özünün rəsmi internet səhifəsində gündəlik əsasda təminatsız bazarda banklar arasında milli valyutada əməliyyatların orta çəkili faiz dərəcəsini əks etdirən müxtəlif müddətli AZIR (Azerbaijan Interbank Rate) indekslərini açıqlamağa başlayır.
Bu barədə Banker.az-a Mərkəzi Bankdan bildirilir.
Bu indekslər Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən "Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi (AZIR – Azerbaijan Interbank Rate) üzrə İndekslərin Hesablanması və Açıqlanması Qaydaları" əsasında hesablanır.
İndekslərin hesablanmasında "Bloomberg" ticarət platformasında Azərbaycan Respublikasında fəaliyyət göstərən kommersiya bankları arasında milli valyutada bağlanan əqdlərdən istifadə edilir. Faiz indekslərilə yanaşı Mərkəzi Bankın internet səhifəsində müvafiq tələblərə cavab verən əqdlərin məbləği və sayı da açıqlanacaqdır.
"Mərkəzi Bank AZIR indekslərindən pul siyasətinin əməliyyat məqsədlərinə nail olmasının effektivliyinin ölçülməsi göstəricilərindən biri kimi istifadə edir. Bazar iştirakçıları maliyyə bazarında müxtəlif əqdlərin bağlanması zamanı AZIR indeksindən istinad faiz dərəcəsi kimi istifadə edə bilərlər"- deyə, tənzimləyici bildirib.

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
İban nədir?