Mərkəzi Bankın sədri bəzi banklarda problem olduğuna işarə etdi
"Bəzi bankların maliyyə göstəricilərində çağırışlar var".
Marja.az-ın məlumatına görə, bunu mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"Biz onlar ilə çox sıx çalışırıq. Sevindirici məsələ ondan ibarətdir ki, çağırışlar olan banklar sistem əhəmiyyətli deyil. Qeyd etdiyim kimi, onlar ilə çalışırıq və ümidvaram ki, bundan sonra bizim maliyyə sektorumuz dayanıqlılıq nöqteyi-nəzərdən güclənəcək",- Kazımov deyib.
Taleh Kazımov "maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm"deyib və əlavə edib:
"Təmziləyici qurumun rəhbəri olaraq maliyyə sektorunun durumunu çox qənaətbəxş qəbul edirəm. Sektor üçün əsas risklər - kredit riski və əməliyyat riskidir. Kredit portfelinin keyfiyyəti qənaətbəxşdir. Bankların əksəriyyəti pərakəndə bankçılıqda fəaliyyət göstərir. Qeyri-işlək kreditlərin portfeldə xüsusi çəkisi cəmi 3,7%-dir. İqtisadiyyatımızın durumu nöqteyi-nəzərdən maliyyə sektorumuz çox güclüdür. Siz soruşsanız ki, "maliyyə sektorunun durumundan razısınız?", sozsüz ki, "yox". Qarşıya qoyduğumuz islahatlardan irəli gəlir ki, bizim maliyyə sektorumuz iqtisadi inkişafda rolu artsın, onlar həm risklərin idarə edilməsi sahəsində, həm korporativ idarəetmə sahəsində qabaqcıl təcrübələri tətbiq etməyə başlasınlar, bununla öz maliyyə dayanıqlıqlarını gücləndirsinlər. Əsasən də, istəyimiz odur ki, əhalinin əmanətləri onların hüquqları müdafiə olunsun və iqtisadi inkişafa dəstək olsunlar".

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
İban nədir?