Müştərilər "Unibank"dakı manat depozitlərini "geri çəkib"

Müştərilər "Unibank KB" ASC-nin  maliyyə mənbəsinin əsasını təşkil edən manatdakı müddətli və eləcə də tələbli depozitlərinin həcmi 2023-cü ilin ilk rübündə azalıb.
Banker.az xəbər verir ki, bununla bağlı "Unibank"ın rüblük hesabatındakı "VakyutaRiski" ilə bağlı göstəriclərdə qeyd edilir.
"Unibank"ın depozit portfeli 2023-cü ilin 1-ci rübündə müddətli depozitlərin həcmi 4.17 milyon manat və ya 1% azalmaqla 437.77 milyon manatdan 433.6 milyon manata düşüb.
Müddətli depozitlər - müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır.
Müddətli depozitlər "Unibank"ın vəsait cəlbində əsas maliyyə mənbəsidir. Bankın cəmi depozit portfelində müddətli depozitlərin payı 55%-dir ki, bunun da əsası milli valyuta ilə cəlb edilən müddətli əmanətlərdir.
"Unibank" müddətli əmanətlər üzrə ən iri portfelə malik olan bankdır. Digər banklarla müqayisədə manatdakı müddətli [fiziki şəxslər üçün] daha yuxarı illik faiz vəd edir. Bank bununla müştərilər üçün cəlbedici görünməklə vəsait cəlbini təmin etmək istəyir. Sonuncu dəfə aprelin əvvəlində bank müddətli depozitlərinin faizlərini 10%-dən 10.5%-ə qaldırıb. Banker.az-ın aprel ayına olan araşdırmasına əsaslansaq bu ölkə üzrə artıq TOP3-lükdə ən yüksək depozit faizi təklif edən bank sırasındadır. 24 ayın üzərində isə bank 11%-lik depozit cəlb edir. Göründüyü kimi, bank depozit faizlərini yüksəkdə saxlamasına rəğmən milli valyutada müddətli depozitlərinin həcmini böyüdə bilməyib.
Bankın nəinki müddətli, manatda olan tələbli depozitlərinin həcmi də azalıb.  Manatda olan tələbli depozitlərinin həcmi ilin ilk rübündə 14.71 mln. manat, yaxud 5% azalma ilə 273.44 mln. manata düşüb.
Beləliklə, "Unibank" ASC-nin milli valyutada olan depozit portfelində cəmi olaraq 18.88 mln. manatlıq depozitlər "geri çəkilməklə", cəmi göstərici  725.92 mln. manata düşüb.
Cəmi depozit portfelinin böyüməsi "cəlbedici" dinamika kimi görünsə də, burada əsas faktı xarici valyutada depozitlərin yükəlməsidir. İlin ilk rübündə kommersiya bankının xarici valyutada olan depozit portfelində ABŞ dollarında olan depozitlər 174.31 mln. manatdan (ekvivalent) 191.33 mln. manata və avroda 86.93 mln. manatdan 90.07 mln. manata yüksəlib. Bankın rüblük hesabatındakı "VakyutaRiski" ilə bağlı göstəricləri aşağıda qeyd edirik:
Müştərilər Müştərilər

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri