"Naxçıvanbank"dakı hesablardan vəsaitlərin çıxarılması ilə bağlı "Nağd pul ofisi" təşkil edilib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Naxçıvanbank" ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi ilə bağlı qurumun Naxçıvan İdarəsi ilə yanaşı, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərən "Nağd pul ofisi"nə də müraciət etmək imkanı yaradılıb.
Bu barədə AMB-nin məlumatında bildirilir.
"AMB tərəfindən tədavülə yararsız və zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə "Nağd pul ofis"lərinin fəaliyyəti davam etdirilir.
Vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı üçün müraciət edə bilərlər", – məlumatda deyilir. / banker.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İnstaqramda biznes qurmağın yolları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Bill Qeyts kimdir?