Naxçıvanda Fondla Rabitəbank əməkdaşlıq müqaviləsi imzalayıb
Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu "Rabitəbank" ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləni Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini, sədr vəzifələrini müvəqqəti icra edən Novruz Novruzlu və "Rabitəbank" ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini Orhan Gültekin imzalayıblar.
Bu gün Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin təşkilatçılığı 10-a yaxın bankın iştirakı ilə "Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi" mövzusunda konfrans keçirilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov iş adamlarına müraciət edərək real sektora və prioritet sahələrə yönəlmiş layihələrini Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirmə imkanlarından istifadə etməyə dəvət edib.
/ marja.az

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Evdə biznes qurmağın yolları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İnstaqramda biznes qurmağın yolları
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Bill Qeyts kimdir?