Naxçıvanda sahibkarlara güzəştli kreditlər verilməsi üçün məqsədli limit ayrılacaq
2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikasında sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı məqsədli limitin ayrılması nəzərdə tutulur.
Bu, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulub.
Sənədə əsasən, bu məsələ ilə bağlı icraçı qurum Kənd Təsərrüfatı Nazirliyidir.
Bundan başqa, muxtar respublikada sahibkarlıq subyektlərinin güzəştli maliyyə resurslarına çıxış imkanlarının artırılması məqsədilə təşviqat tədbirlərinin həyata keçirilməsi, sahibkarlıq subyektlərinin (sahibkarların) dövlətin güzəştli maliyyə dəstəyi mexanizmləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tədbirlərin həyata keçirilməsi planlaşdırılır. / banker.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?