"Ötən il Bankımız işçibaşına 77 min 140 manat mənfəət əldə edib"
Müstəqil auditorlar tərəfindən təsdiqlənmiş maliyyə hesabatına əsasən, "PAŞA Bank Azərbaycan" 2022-ci ili 85 milyon 319 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 74 milyon 932 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja xəbər verir ki, bunu 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında "PAŞA Bank" ASC-nin İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
O qeyd edib ki, hər işçiyə düşən mənfəət 74 min 890 manatdan 77 min 140 manata yüksəlib. "PAŞA Bank" ASC-nin işçilərinin sayı 2022-ci ilin sonunda 1149 nəfərə çatıb. 2021-ci ilin sonunda Bankın işçilərinin sayı 1062 nəfər idi.
Murad Süleymanov qeyd edib ki, "PAŞA Bank"da xərclərin gəlirə nisbəti 2021-ci ildə 44.9% ikən, 2022-ci ildə 38.9%-ə düşüb. Xərclərin aktivlərə nisbəti isə 1.98%-dən 1.51%-ə geriləyib.
2022-ci ildə "PAŞA Bank Azərbaycan"ın cəmi aktivləri 2 milyard 6 milyon 559 min maant və ya 31.2% artaraq 31 dekabr 2022-ci il tarixində 8 milyard 433 milyon 415 min manata çatıb. 2021-ci ilin sonunda Bankın cəni aktivləri 6 milyard 426 milyon 856 min manat təşkil etmişdi.
Ötən il "PAŞA Bank" tərəfindən müştərilərə verilmiş kreditlər 7,4% və ya 193 milyon 769 artaraq 2 milyard 825 milyon 773 min manata yüksəlib.

/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi
Kriptovalyuta nədir və necə alınır?
Onlayn biznes növləri
SWIFT nədir?