"PAŞA Bank" Naxçıvanda yeni biznes üfüqlərini müzakirə edib

®Ölkənin aparıcı maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan "PAŞA Bank"ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub. Bu səfər çərçivəsində 26 may tarixində Naxçıvan Biznes Mərkəzində "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilib.
Konfrans iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.
Daha sonra konfrans Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı ilə açıq elan olunub. O, Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan danışıb.
"PAŞA Bank"ın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev tədbirin təşkil edilməsində əsas məqsədin sektorlararası dialoqun yaradılmasına kömək etmək, əlçatan və effektiv maliyyələşmə mexanizmlərini nəzərdən keçirmək olduğu bildirib.
"Naxçıvan ərazisindən keçən nəqliyyat və enerji dəhlizləri, zəngin təbii resurslar, dağ-mədən sənayesi, bölgənin ticarət və turizm potensialı, eləcə də əlverişli infrastrukturun mövcudluğu buraya nəinki yerli, xarici investorları da cəlb etmək iqtidarındadır", – deyə Bəhruz Nağıyev vurğulayıb.
Tədbirə spiker qismində qatılan Kiçik və Orta Bizneslərin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanəti Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri çıxışları zamanı sahibkarları maraqlandıran məqamlara toxunublar.
Tədbirin sonunda baş tutan müzakirə panelində maliyyə əlçatanlığının təmin olunması istiqamətində diskussiya aparılıb və aidiyyəti qurumlar tərəfindən sahibkarları maraqlandıran məqamlara aydınlıq gətirilib.
Qeyd edək ki, konfransa Naxçıvan rəsmiləri və sahibkarları, eləcə də "PAŞA Bank"ın müştəriləri də daxil olmaqla, 120-dən çox iştirakçı qatılıb.
/ banker.az

Banklar     Tarix: 26 may 2023

Oxşar xəbərlər

BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor

Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb

2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın

ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi

ABB İnnovasiya şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə edib. Bu status şirkətə texnoloji məhsulların inkişafı, kommersiyalaşdırılması, eləcə də yerli və qlobal bazarlarda təqdim edilməs

"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"

"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqin

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək


iqtisadi xeberler dollarin kursu bu gun dollar məzənnəsi iqtisadiyyat xeberleri internetden pul qazanmaq