"PAŞA Bank" qlobal korporativ dayanıqlılıq təşəbbüsünə qoşulub
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank", dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsünə qoşulub. Belə ki, "PAŞA Bank", may ayının 3-də baş tutan imzalanma mərasimi ilə BMT-nin Qlobal Sazişinin üzvünə çevrilib.
İmzalanma mərasimində iştirak edən "PAŞA Bank"ın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bu üzvlüyün əhəmiyyətini vurğulayarkən bildirib:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
"PAŞA Bank" hər zaman biznesin düşünülmüş şəkildə yürüdülməsinin, ətraf-mühitə qayğı və həssaslıqla yanaşılmasının, eləcə də cəmiyyət qarşısında məsuliyyətli korporativ vətəndaş olmağın tərəfdaşı kimi çıxış edib. Biz, müştərilərimizi də fəaliyyətlərində bu dəyərləri və prinsipləri rəhbər tutmağa səsləmişik. Bankın sadiq qaldığı dəyərlərin və prioritetlərin BMT-nin Qlobal Sazişinin prinsipləri ilə üst-üstə düşdüyünü nəzərə alaraq bu qlobal təşəbbüsün üzvü olmaqdan məmnunluq duyuruq".
Qeyd edək ki, 2000-ci ildən fəaliyyətə başlayan BMT-nin Qlobal Sazişi, bu gün dünya üzrə 160-dan çox ölkədə yerləşən 25,000-ə yaxın şirkəti və qeyri-biznes tərəfdaşını bir aya gətirən ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. BMT-nin Qlobal Sazişi dayanıqlı gələcək üçün məsuliyyətli fəaliyyət və idarəetmə prinsiplərini dünya miqyasında təşviq edir və bu istiqamətdə özəl sektora birbaşa dəstək verir.
BMT-nin Qlobal Sazişi ilə bağlı ətraflı məlumat əldə etmək üçün bu səhifəyə daxil olun:
/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
İban nədir?