"PAŞA Bank"ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub

Ölkənin aparıcı maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan "PAŞA Bank"ın geniş tərkibdə Naxçıvana səfəri baş tutub.
Bankın yaydığı press-relizdə bildirilir ki, bu səfər çərçivəsində 26 may tarixində Naxçıvan Biznes Mərkəzində "Naxçıvanda yeni biznes üfüqləri: sahibkarlıq potensialı və inkişaf perspektivləri" mövzusunda konfrans keçirilib. 
Konfrans iştirakçıları ilk olaraq ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər. 
Daha sonra konfrans Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin çıxışı ilə açıq elan olunub. O, Naxçıvanda sahibkarlar və investorlar üçün yaradılan yeni imkanlardan danışıb. 
"PAŞA Bank"ın idarə heyətinin sədr müavini Bəhruz Nağıyev tədbirin təşkil edilməsində əsas məqsədin sektorlararası dialoqun yaradılmasına kömək etmək, əlçatan və effektiv maliyyələşmə mexanizmlərini nəzərdən keçirmək olduğu bildirib.
"Naxçıvan ərazisindən keçən nəqliyyat və enerji dəhlizləri, zəngin təbii resurslar, dağ-mədən sənayesi, bölgənin ticarət və turizm potensialı, eləcə də əlverişli infrastrukturun mövcudluğu buraya nəinki yerli, xarici investorları da cəlb etmək iqtidarındadır", - deyə Bəhruz Nağıyev vurğulayıb.
Tədbirə spiker qismində qatılan Kiçik və Orta Bizneslərin İnkişafı Agentliyinin, Sahibkarlığın İnkişafı Fondunun, İpoteka və Kredit Zəmanəti Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndələri çıxışları zamanı sahibkarları maraqlandıran məqamlara toxunublar.
Tədbirin sonunda baş tutan müzakirə panelində maliyyə əlçatanlığının təmin olunması istiqamətində diskussiya aparılıb və aidiyyəti qurumlar tərəfindən sahibkarları maraqlandıran məqamlara aydınlıq gətirilib.
Qeyd edək ki, konfransa Naxçıvan rəsmiləri və sahibkarları, eləcə də "PAŞA Bank"ın müştəriləri də daxil olmaqla, 120-dən çox iştirakçı qatılıb.
/ marja.az

Banklar     Tarix: 26 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto