PAŞA Bankın onlayn kredit məhsulu istifadəçilərinin sayı 120% artıb, yeni məhsullar təqdim ediləcək

PAŞA Bankın onlayn kredit məhsulu istifadəçilərinin sayı 120% artıb, yeni məhsullar təqdim ediləcək"PAŞA Bank Azərbaycanda xüsusi rəqəmsal platforma yaratmış ilk bankdır. Bank bu rəqəmsal platforma vasitəsilə kreditlər ayırır. Keçən il onlayn kredit məhsulunun istifadəçilərinin sayı 120% artıb".
Marja.az xəbər verir ki, bunu 2022-ci il üzrə fəaliyyət nəticələrinə həsr olunmuş mətbuat konfransında PAŞA Bankın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Cavid Quliyev bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bankın sədri əlavə edib ki, PAŞA Bank 2023-cü il ərzində bu platforma vasitəsilə kiçik və orta sahibkarlıq subyektlərinə onlayn kreditdən başqa digər onlayn məhsulları da təqdim etməyi planlaşdırır. Bu məhsullar faktorinq, lizinq və digər maliyyə məhsulları olacaqdır. 
KOS MÜŞTƏRİLƏRİNİN SAYI 34 MİNƏ ÇATIB
Cavid Quliyev qeyd edib ki, 2022-ci ildə PAŞA Bankın kiçik və orta sahibkarlıq subyekti olan aktiv müştərilərinin sayı 27% artaraq 34 minə, bu subyektlər üzrə Bankın kredit portfeli isə 19% artaraq 300 milyon manata çatıb. Bu artım həm kredit, həm də qeyri-kredit məhsulları üzrə gəlirin 56% artması ilə nəticələnib. 
Ötən il PAŞA Bankın kiçik və orta sahibkarlıq subyekti olan müştəriləri əməliyyatların 95%-ni rəqəmsal kanallar üzərindən həyata keçiriblər.
PAŞA Bank onlayın olaraq girovsuz kredit təklif edir. Onlayn şəkildə müştəridən rəsmi məlumatları alınaraq maliyyə analizi aparılır və 24 saat ərzində kredit qərarı bildirilir.

Banklar     Tarix: 18 may 2023

Oxşar xəbərlər

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki

ABB Özbəkistandakı "Davr Bank"da pay alır

ABB Özbəkistandakı "Davr Bank" Səhmdar Cəmiyyətində pay alır. xəbər verir ki, səhmdarların ümumi yığıncağı müsbət cavab verib. Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin ( "ABB"

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki

Bankların komissiyadan gəlirləri ilk rübdə 105 mln. manatı keçib

Azərbaycan bankları 2026-cı ilin ilk rübündə komissiyadan 105.1 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 15% artımı deməkdir. Ötən ilin eyni dövründ

"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Açıqlana

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

Son bir ildə əhali tərəfindən banklara nağd $606 mln. axın olub

Azərbaycanda nağd valyuta bazarında aynalrda ABŞ dollarının satış məzənnəsində eniş davam edir. Yerli valyutadəyişmə məntəqələrində aparılan son müşahidələrə görə, dollar artıq əvvəlki səviyyələrlə müqayisədə daha aşağı kurslarl

Expressbankın dəstəyilə VI Autizm Festivalı baş tutub

Expressbank ASC növbəti sosial təşəbbüsə imza atıb. Bank Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Autizm Federasiyası və Azərbaycan Autizm Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən. V


iqtisadi xeberler valyuta mezennesi biznes qurmaq bitcoin qiymeti avtomobil xeberleri