"PAŞA Sığorta"nın beynəlxalq reytinqi yüksəlib
"AM Best" beynəlxalq reytinq agentliyi bazar payına görə ölkənin qeyri-həyat sığorta sektorunun lideri olan "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini "BBB" , maliyyə dayanıqlılığı reytinqini "B++" səviyyəsinə yüksəldib. Reytinq üzrə proqnozu isə "Sabit" səviyyəsində təsdiqləyib.
"PAŞA Sığorta"nın yaydığı məlumatda bildirilir ki, maliyyə sabitliyi reytinqi özündə sığortaçının maliyyə sabitliyini və gələcəkdə yaranacaq sığorta öhdəliklərinin icra edilməsi qabiliyyətini əks etdirən müstəqil rəydir. Hazırkı reytinq "PAŞA Sığorta"nın kifayət qədər maliyyə dayanıqlılığına və sığorta öhdəliklərinin qarşılanması qabiliyyətinə malik olmasını göstərir. Həmçinin şirkətin maliyyə risklərinin daha güclü idarə olunması və kapitalın dayanıqlılığı ilə bağlı müsbət dəyişiklikləri əks etdirir.
"AM Best" agentliyinin açıqlamasında bildirilir ki, "PAŞA Sığorta" 2024-cü ildə Azərbaycanın qeyri-həyat sığorta bazarında lider mövqeyə malikdir. Son illərdə şirkət daxili və xarici resurslar hesabına idarəetməni və risklərin idarə olunması çərçivəsini təkmilləşdirmək istiqamətində addımlar atıb. Şirkətin ERM (Enterprise Risk Management) səviyyəsi onun risk profilinə uyğun hesab olunur.
"PAŞA Sığorta" 2024-cü ildə 87,5% xalis/xalis məcmu əməliyyat nisbəti və 43,8% kapital gəlirliliyi (2023-cü ildə müvafiq olaraq 87,6% və 40,2%) ilə yüksək göstəricili əməliyyat nəticələri nümayiş etdirmişdir. Eyni zamanda, investisiya gəlirliliyi 2024-cü ildə 8,8% təşkil edərək (2023: 7,9%) ümumi mənfəətə müsbət təsir göstərmişdir.
Əsası 1899-cu ildə ABŞ-da qoyulmuş "AM Best" reytinq agentliyi məhz sığorta sektorunda ixtisaslaşıb və hazırda bu sektorda fəaliyyət göstərən ən nüfuzlu agentlik hesab olunur.
"PAŞA Qrup"a daxil olan "PAŞA Sığorta" 2006-cı ildən fəaliyyət göstərir. Şirkət 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət təqdim edir. / marja.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Françayzinq nədir və necə olur?
CV-nin tərtib edilməsi prinsipləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Start-up nədir?
Dünyanın ən zəngin idmançıları