"PASHA Bank Georgia" ilk yarımildəki xalis mənfəətini 54% artırıb

"PASHA Holding"in Gürcüstandakı törəmə bankı "PASHA Bank Georgia" 2025-ci ilin ilk yarısında güclü maliyyə nəticələri nümayiş etdirib. Belə ki, bankın xalis mənfəəti 3.99 mln. gürcü larisi* (2.5 mln. manat) olmaqla və əvvəlki ilin analoji dövründəki 2.59 mln. lari ilə müqayisədə 54% artıb. Banker.az bunu bankın yarımillik audit hesabatına istinadən xəbər verir.
Beləliklə, "PASHA Bank Georgia" xalis mənfəəti ilə Gürcüstanın  bank sektorundakı göstəricini xeyli üstələyir. Qeyd edək ki, cari ilin ilk 6 ayında Gürcüstandakı kommersiya bankları ümumilikdə 1,55 milyard lari xalis mənfəət əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 6% artımdır.
Törəmə bankın faiz gəlirləri 26.2 mln. lari səviyyəsinə yüksələrək ötən ilin eyni dövrü ilə müqayisədə 1.6 mln. lari, yəni 6,5% artım göstərib. Faiz gəlirlərində mühüm pay 18.2 mln. lari ilə əsas fəaliyyət istiqaməti olan müştərilərə verilmiş kreditlərdən əldə olunan faiz gəlirləridir. Faiz xərcləri isə 13.5 mln. lari olub və əvvəlki ilin 10.7 mln. lari səviyyəsindən yüksəlib. Nəticədə xalis faiz gəliri 12.7 mln. lari təşkil edib. Bankın qeyri-faiz gəlirləri 7.8 mln. lari olub və əvvəlki ilin göstəricisi 8.2 mln. lari ilə müqayisədə cüzi azalma müşahidə olunub.
Əməliyyat xərcləri isə 15.4 mln. lari olub, ötən ilin 18.2 mln. lari ilə müqayisədə 15% azalması bankın xərclərinin optimallaşdığını göstərir.
BALANSI…
Bankın balans hesabatında da güclü mövqe saxlanılıb. Cəmi aktivlər son bir ildə 619.6 mln. laridən 621.4 mln. lariyə yüksəlib. Bununla belə, cari ilin əvvəlində bu rəqəm 707 mln. lari səviyyəsində idi.
Bank son bir ildə müştəri kreditlərini 290.5 mln. laridən 343.7 mln. lariyə qaldırıb. Bu kredit portfelinin son bir ildə 18% böyüməsi deməkdir. Xüsusən də, kredit portfelindəki əsas aktivlər – ticarət və xidmətə verilən kreditlərin həcmi 183.3 mln. lari olub. Aktivlərindəki ikinci önəmli paya sahib investisiya qiymətli kağızlar 82.1 mln. lari səviyyəsindədir. Bu ötən ilin eyni dövründə 68.7 mln. lari idi.
Kommersiya bankının depozit portfelinin həcmi illik müqayisədə cüzi azalma ilə 365.4 mln. lari olub.
2025-ci ilin iyun ayı üzrə kapital adekvatlıq əmsalı 24.08% olmaqla Gürcüstan Milli Bankının müəyyən etdiyi 22.37%-lik bençmarkı üstələyir.
*Azərbaycan Mərkəzi Bankının 30 iyun 2025-ci il tarixinə 1 Gürcü larisi 0.6243 manat təşkil edib.

Banklar     Tarix: 19 avqust 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler 1000 manatla biznes online pul qazanmaq pul qazanmaq bitkoin qiymeti