"PASHA Private Banking"dən dollar depozitlərində xüsusi təklif

(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan "PAŞA Bank"ın yüksək gəlirli şəxslər üçün xidmət göstərən "PASHA Private Banking" departamenti dollar depozitlərində xüsusi təklif irəli sürür.
Belə ki, 100 000 ABŞ dollarından başlayan məbləğdə depozit yerləşdirdikdə, müddətdən və məbləğdən asılı olaraq illik 1.5%-dək gəlirlilik əldə etmək, eyni zamanda "PASHA Private Banking" tərəfindən təqdim olunan bir sıra üstünlüklərdən yararlanmaq mümkündür. Vurğulayaq ki, "PAŞA Bank", ölkənin aparıcı maliyyə qurumları arasında qeyd olunan gəlirlilik faizini təklif edən yeganə bankdır.
"PAŞA Bank"da minimal 100 000 ABŞ dolları məbləğində depozit yerləşdirən şəxslər birbaşa "PASHA Private Banking" müştəriləri hesab edilir. Beləliklə də, həmin müştərilərə "PASHA Private Banking" tərəfindən təqdim olunan bütün xüsusi üstünlüklərdən və imtiyazlardan yararlanmaq imkanı verilir. "PASHA Private Banking"in təqdim etdiyi xidmət və məhsullar müştərilərin həyatını asanlaşdırmağa, ən əsası isə sərvətləri üçün yeni üfüqləri kəşf etməyə kömək edir.
"PASHA Private Banking"in xidmətlərinə müştəriləri fərqli hiss etdirəcək fərdi yanaşma, bütün bank proseslərini idarə edəcək şəxsi müştəri meneceri, peşəkar maliyyə komandasından investisiyalar üzrə məsləhət xidməti, böyük partnyor şəbəkəsindən eksklüziv təkliflər, həmçinin bir sıra bank xidmətlərində endirimli və ya ödənişsiz təkliflər də daxildir.
Müştərilər Bankda depozit yerləşdirməklə mövcud hesablarını "PASHA Private Banking"ə keçirə, hesabları olmadığı təqdirdə isə yeni premium-sinif hesab aça bilərlər. Depozit məbləğindən asılı olaraq müştərilərə depozit qutuları da təqdim olunur.
Qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlayan "PASHA Private Banking" Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. "PAŞA Bank" son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində "Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank", "Ən yaxşı investisiya bankı", "Ən yaxşı bank qrupu" nominasiyalarında fərqləndirilib.
"PASHA Private Banking" müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. / marja.az

Banklar     Tarix: 02 may 2023

Oxşar xəbərlər

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler emlak xeberleri valyuta xeberleri dollar mezenne dollar manat kursu