Prezident: "Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb"
Azərbaycan və İsrail arasında kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatlarla çıxış zamanı deyib.
"Nisbətən yeni əməkdaşlıq etməyə başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, indi kibertəhlükəsizlik sahəsində aktiv kommunikasiya başlayıb. Sirr deyil ki, bu gün kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin vacib faktıdır. İsrail şirkətlərinin bu sahədəki böyük təcrübəsi bizim üçün faydalı olacaq", – dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, hədəflərə nail olunması və təhdidlərdən qorunulması baxımından gənc nəslin bu istiqamətdə təlimi və təhsili fundamental faktordur. / banker.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Necə Bitcoin almaq olar?
Swift nədir?
Elon Musk kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Birbank xidmətinə necə qoşulmaq olar?