"Qala Sığorta"da 10 milyon manatdan çox xalis mənfəət
"Qala Sığorta" ASC 2022-ci ili 10 milyon 567 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 9 milyon 373 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Qala Sığorta"nın xalis mənfəəti 1 milyon 194 min manat və ya 12,7% artıb.
Marja.az Şirkətin maliyyə göstəricilərinə xəbər verir ki, ötən il "Qala Sığorta"nın cəmi əməliyyat gəlirləri 42 milyon 418 min manat, cəmi əməliyyat xərcləri 29 milyon 54 min manat təşkil edib. 2021-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 43 milyon 361 min manat, cəmi əməliyyat xərcləri 31 milyon 673 min manat təşkil etmişdi.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
İllik müqayisədə, Şirkətin hesabladığı sığorta haqları 2021-ci ildəki 43 milyon 849 min manatdan, 2022-ci ildə 40 milyon 355 min manata düşüb. Şirkətin sığorta ödənişləri isə 5 milyon 667 min manatdan 6 milyon 23 min manata yüksəlib.
"Qala Sığorta" şirkətinin cəmi gəlirlərinin azalmasına xalis sığorta ehtiyatlarının dəyişməsi, hesablanan sığorta haqlarının geriləməsi, xərclərinin azalmasına isə təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərclərin düşməsi təsir göstərib.


PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Onlayn biznes növləri
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Bitcoin nədir?
Layihə menecmenti nədir?