Rabitəbankdan Türkiyəyə dəstək
®Rabitəbank qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərərçəkmişlərə humanitar yardım məqsədilə 1.100.000 TL ianə edib. Qeyd edilən vəsait Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) hesabına köçürülüb.
Rabitəbank rəhbərliyi humanitar yardımın zərərçəkmişlərə dəstək məqsədi ilə olduğunu dilə gətirərək: "Rabitəbank ailəsi adından son illərin ən dəhşətli faciəsini yaşayan qardaş Türkiyə xalqına başsağlığı verir, yaralılara Allahdan şəfa diləyir, hər zaman yanlarında olacağımızı bildirmək istəyirik" – deyə əlavə edib.
Qeyd edək ki, bir müddət öncə Rabitəbank mobil tətbiqi "Rabita Mobile" üzərindən Türkiyəyə yardım məqsədi ilə edilən ianələrdən də köçürmə zamanı heç bir komissiya tutulmayacağını açıqlamışdı.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. / banker.az

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
"Freelance" nədir?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Bitcoin necə işləyir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt