"Revolut" kriptovalyuta ödənişlərini işə salır
Rusiyalı Nikolay Storonski və ukraynalı Vlad Yatsenko tərəfindən yaradılan "Revolut" rəqəmsal bankı müştərilərə bank kartı vasitəsilə gündəlik alış-verişlərini kriptovalyuta ilə ödəməyə imkan verəcək. Xidmət 1 noyabr 2022-ci ildə əlçatan olacaq.
Banker.az bu barədə "İnc.ru"ya istinadən xəbər verir.
"CoinDesk"ə görə, fintex startapı müştərilərə bank kartı vasitəsilə kriptovalyutalarla alış-veriş etmək imkanı verəcək, eyni zamanda xidmətə kriptoxərcləmə funksiyasını əlavə edəcək. Müştərilər məhdud müddət ərzində xərclədikləri bütün kriptovalyuta balansından 1% cashback alacaqlar.
"Revolut" 2015-ci ildə Böyük Britaniyada Nikolay Storonski və ukraynalı proqramçı Vlad Yatsenko tərəfindən təsis edilib. 2021-ci ilin iyul ayında "Revolut" 33 milyard dollar dəyərində investisiya turunda 800 milyon dollar cəlb edib. Bunun sayəsində şirkəti Böyük Britaniyada birinci, Avropada isə ikinci ən bahalı startapa çevrilib.
Nikolay Storonski Rusiyanın "Forbes" jurnalına görə 2022-ci ildə rus milyarderlərinin reytinqində 16-cı yeri tutur. Jurnal onun sərvətini 7.1 milyard dollar qiymətləndirir. O, 1984-cü ildə Moskva vilayətinin Dolqoprudnı şəhərində anadan olub.

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dropshipping nədir?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən bahalı restoranları
Cash Back nədir?
ZARA-nın uğur hekayəsi