Rusiyaya avtomobillə səfər edənlərə "Yaşıl Kart" verilişi dayandırılıb
Azərbaycandan Rusiyaya avtomobillə səfər edənlərə "Yaşıl Kart" verilişi dayandırılıb.
Bu barədə İcbari Sığorta Bürosundan (İSB) bildirilib. Belə ki, Beynəlxalq Bürolar Şurası bu il iyun ayının 30-da Rusiya Federasiyasını üzvlüyünə xitam verib. Bununla əlaqədar olaraq, digər üzv ölkələrlə yanaşı, Azərbaycandan da Rusiyaya səfər edən nəqliyyat vasitələrinə "Yaşıl Kart" sığorta müqaviləsinin verilməsi dayandırılıb.
İSB-dən qeyd edilib ki, mövcud "Yaşıl Kart" sığorta müqavilələri üzrə sığorta müddəti bitənədək qanunvericiliyə uyğun olaraq qarşılıqlı razılaşmaya əsasən öhdəliklər yerinə yetirilir və təminat davam edir. Bürodan həmçinin onu da əlavə ediblər ki, Rusiya Federasiyasına gedən nəqliyyat vasitəsi sahibləri mülki məsuliyyətlərini Rusiya qanunvericiliyinə uyğun olaraq sığortalamalıdırlar: "Bu təminat əlaqədar ölkə qanunvericiliyi çərçivəsində fəaliyyət göstərməyə səlahiyyəti olan sığorta şirkətləri tərəfindən təqdim edilən sərhəd sığortası şəhadətnamələri ilə təmin edilməkdədir".
Qeyd edək ki, Yaşıl Kart sistemi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu sistemə əsasən "Yaşıl Kart" haqqında Sazişin iştirakçıları olan dövlətlərin hər hansı biri tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır. Hal-hazırda sistemə 46 ölkə üzvdür. Azərbaycan 2012-ci ildə İcbari Sığorta Bürosu vasitəsilə Yaşıl Kart Sisteminə üzv seçilib. 1 yanvar 2016-cı il tarixindən isə Yaşıl Kart Sisteminin Azərbaycanda tətbiqinə başlanılıb.
© APA / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Françayzinq nədir və necə olur?
Dünyanın ən varlı 10 adamı
Bitcoin necə işləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Swift nədir?