Sığorta haqlarının 79%-i 5 şirkətin payına düşür

Sığorta haqlarının 79%-i 5 şirkətin payına düşürBu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanılmış 875,132 milyon manat sığorta haqqının 691,138 milyon manatı və yaxud 79%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (376,003 milyon manat), "PAŞA Sığorta" (194,543 milyon manat), "Atəşgah Həyat Sığorta" (45,98 milyon manat), "Xalq Sığorta" (38,106 milyon manat) və "Qala Sığorta" (36,506 milyon manat) ASC-lərdir.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
11 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (2,18 milyon manat), "Meqa Həyat Sığorta" (2,202 milyon manat), "Atasığorta" (4,808 milyon manat), "Bakı Sığorta" (5,854 milyon manat) və "Günay Sığorta" (7,128 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 22,172 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,5%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 161,822 milyon manat (18,5%) təşkil edib. 
XXX
Sığorta ödənişlərinin 84%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyata keçirilmiş 400,953 milyon manat sığorta ödənişinin 334,71 milyon manatı və yaxud 83,5%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (200,807 milyon manat), "PAŞA Sığorta" (63,01 milyon manat), "Atəşgah Həyat Sığorta" (27,729 milyon manat), "Xalq Sığorta" (24,283 milyon manat) və "Azərsığorta" (18,881 milyon manat) ASC-lərdir.
11 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Meqa Həyat Sığorta" (7 min manat), "İpək Yolu Sığorta" (168 min manat), "Xalq Həyat Sığorta" (420 min manat), "Naxçıvan Sığorta" (533 min manat) və "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" (1,393 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 2,521 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,6%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 63,722 milyon manat (15,9%) təşkil edib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq" / marja.az

Banklar     Tarix: 27 dekabr 2022

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda


iqtisadi xeberler biznes xeberleri bitcoin qiymeti valyuta kurslari investisiya