Taleh Kazımov önəmli nailiyyətlərini elan etdi - "Müstəqillik dövründə bir ilkdir

Taleh Kazımov önəmli nailiyyətlərini elan etdi - "Faiz dəhlizinin aşağı həddinin 6,25%-dən 4%-ə endirilməsilə sentyabr ayının əvvəlindən tətbiqinə başlanmış monetar siyasətin yeni əməliyyat çərçivəsi banklararası pul bazarına təsir edir. Artıq müstəqilliyimiz dövründə ilk dəfə uçot dərəcəsinin banklararası faizlərə təsirini müşahidə edirik. Cəsarətlə deyə bilərəm ki, bu, çox önəmli bir nailiyyətdir".
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Marja.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Taleh Kazımov 13 aprel 2022-ci il tarixindən Mərkəzi Bankın sədridir.
Kazımov, "Biz son iki ayda monetar siyasətimizin yeni əməliyyat çərçivəsinin bazara təsirini müşahidə edirik" deyərək çıxışına belə davam edib:
"Bilirsiniz ki, təyinatımdan sonra keçirilmiş ilk iclada faiz dəhlizinin parametrləri dəyişilməz saxlanılmışdır. Mənim tərəfindən vurğulanmışdı ki, bunun əsas səbəbi uçot dərəcəmizin dəyişdirilməsinin bazara transmissiyasının (ötürülməsinin - red) həddindən artıq zəif olmasıdır, demək olar ki, yox idi. Artıq sentyabrın 1-də təqdim olunmuş yeni əməliyyat çərçivəsinin təsirlərini nəzərə alaraq İdarə Heyətinin bu gün keçirilmiş iclasında faizlərin artırılmasına qərar verilmişdir".
Qeyd edək ki, 28 oktyabr 2022-ci il tarixində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8%-ə, faiz dəhlizinin aşağı həddi isə 1.00 faiz bəndi artırılaraq 5%-ə qaldırılmış, yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.
ƏSAS HƏDƏF QISAMÜDDƏTLİ FAİZLƏRƏ TƏSİR ETMƏKLƏ İNFLYASİYAYA TƏSİR ETMƏKDİR
Mərkəzi Bankın sədri vuğulayıb ki, izafi likvidliyin olduğu bir şəraitdə, faiz dəhlizinin aşağı həddinin banklararası pul bazarına təsir etdiyi müşahidə edilir:
"Çox güman ki, növbəti aylarda faiz dəhlizinin yuaxarı hədinin də işləməyə başlayacağını düşünürük. Hazırki izafi likvidliyi nəzərə alsaq, ehtimal olunur ki, banklararası faizlər faiz dəhlizinin aşağı həddi (hazırda 5% - red) və uçot dərəcəsi (hazırda 8% - red) çərçivəsində formalaşacaq. Faiz dəhlizinin aşağı həddinin banklararası pul bazarına təsir etdiyini görürük. Cəsarətlə deyə bilərəm ki, bu, çox önəmli bir nailiyyətdir. Fürsətdən istifadə edib, buradan da komandamıza da təşəkkür etmək istəyirəm. Artıq müstəqilliyimiz dövründə ilk dəfə uçot dərəcəsinin banklararası faizlərə təsirini müşahidə edirik. Əsas hədəfimiz budur ki, Mərkəzi Bankın uçot dərəcəsilə qısamüddətli faizlərə təsir edərək inflyasiyaya təsir etmək imkanımız olsun. Mən başda olmaqla bütün komanda əməliyyat çərçivəmizin daha da təkmilləşdirilməsi üzərində çalışır".
Taleh Kazımov bildirib ki, avqustda verilmiş qərara əsasən sentyabr ayından tətbiq edilən əməliyyat çərçivəsindəki alətlərindən biri də sterilizasiya yönümlü əməliyyatların keçirilməsidir:
"Bu 1,3,6, 9 aylıq notların buraxılmasıdır. Sevinclə qeyd edə bilərəm ki, artıq Manatın qısamüddətli gəlir əyrililiyi formalaşıb. Biz bu gün müşahidə edirik ki, Mərkəzi Bankın faiz dəhlizinin aşağı həddi banklararası bazara təsirini göstərir".
Həmçinin oxu
Mərkəzi Bank faizlərin artırılması ilə bağlı geniş məlumat yaydı
Taleh Kazımov önəmli nailiyyətlərini elan etdi - "BUNLAR BANK SEKTORU TARİXİNDƏ REKORDLARDIR"
Taleh Kazımov əqdlər üzrə rəqəmləri də açıqlayıb:
"Sentyabr ayı ərzində banklar tərəfindən 787 milyon manat həcmində əqdlər bağlanıb. Artıq Oktyabr ayında (27 oktyabradək) 1 milyard 426 milyon manat həcmində banklararası əqdlər bağlanıb. Bunlar bank sektoru tarixində rekordlardır. Əqdlər 1-3 günlük aralığında formalaşıb. Biz banklararası bazarın çalışması üçün aktiv işləyəyəcəyik".
FAİZİN DAHA DA ARTIRILACAĞI SİQNALI
Mərkəzi Bankın sədri əlavə edib ki, qlobal mühitdə qeyri-müəyyənliklərin davam etməsi, geo-siyasi gərginliklər, ərzaq və enerji qiymətlərinin yüksəlməsi, qlobal mərkəzi bankların monetar siyasəti sərtləşdirmələri, təchizat zəncirlərindəki çətinliklər qlobal iqtisadi artıma mənfi təsir edir. Növbəti ildə dünya iqtisadiyyatında tənəzzül olması ehtimalı artır. İqtisadi artımın zəifləməsi nəzərə alınaraq 2023-cü ildə inflyasiyanın sürətinin azalacağı gözlənilir:
"Azərbaycan Mərkəzi Bankın əsas mandatı qiymətlərin sabitliyinə nail olmaqdır. Qlobal və Azərbaycan iqtisadiyyatındakı proseslərə, həmçinin bizim monetar siyasətimizin yeni çərçivəsinin nəticələrinə əsasən, öz növbəti qərarlarımızı çox guman ki, faiz dəhlizinin aşağı kolidorunun daralması istiqamətində nəzərdən keçirəcəyik. Yeni əməliyyat çərçivəsinin uğurlarını nəzərə alaraq faiz dəhlizinin aşağı hissəsini daraldacağıq. Bizim faiz dəhlizimizn aşağı həddinin bazara təsirini müşahidə edirik. Bu bizə imkan verir ki, monetar siyasətimizi sərtləşdirmək istiqamətində qərarlarımızı verək".
Taleh Kazımov jurnalistlərdən birinin sualına cavabında deyib: "Hazırkı vəziyyətdə əsas məqsədimiz inflyasiyanın artmasının qarşısını almaq, sonra hədəfə (4±2%) endirməkdir. Mərkəzi Bankın əsas alətlərindən biri uçot dərəcəsidir. Biz uçot dərəcəsinin bazar faizlərinə təsirinə nail olmaq istəyirik. Biz iki ay ərzində yeni çərçivəni həyata keçirtməklə uçot dərəcəmizin banklararası bazara təsirini görürük. Əsas istəyimiz odur ki, uçot dərəcimiz banklararası bazara təsir etsin ki, burada da faiz dərəcələri dəyişərək inflyasiyaya təsir etsin. İndi məqsəd inflyasiyanın artmasının qarşısını almaqdır. Gələcəkdə ola bilsin ki, inflyasiya çox azalsa, hətta hədəfimizdən də aşağı düşsə biz artıq uçot dərəcəmizi aşağı salıb krediləşməni aktivləşdirərək iqtisadiyyatın canlanmasına təkan verə bilərik".  
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 3,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 15,6 faiz yüksəlib. 
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 01 Sentyabr 2022-ci il tarixində monetar siyasətinin yeni çərçivəsinin tətbiqinə başlayıb.
Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası 16 Dekabr 2022-ci il tarixində nəzərdə tutulur. 
FAİZ DƏHLİZİ NƏDİR?
Məlumat üçün bildirək ki, pul siyasətinin əməliyyat çərçivəsinin mühüm elementlərindən biri faiz dəhlizidir. Faiz dəhlizi banklararası bazardakı qısamüddətli faizlərin dəhliz daxilində hərəkətini təmin etmək məqsədi daşıyır. Faiz dəhlizi eyni zamanda Mərkəzi Bankın likvidlik əməliyyatları üzrə faizlərinin iyerarxiyasını müəyyən edir.
Mərkəzi Bankın faiz dəhlizi üç parametr olan uçot dərəcəsi, yuxarı hədd və aşağı həddən ibarətdir. Faiz dəhlizinin aşağı həddi sterilizasiya yönümlü daimi imkanlar alətlərindən olan 1 günlük depozit əməliyyatının faizidir. Faiz dəhlizinin yuxarı həddi isə 1 günlük likvidliyin verilməsi üzrə daimi imkanlar alətlərindən olan əks-REPO əməliyyatının faizidir. Uçot faiz dərəcəsi faiz dəhlizinin mərkəzi parametridir. Bu faiz dərəcəsini elan etməklə Mərkəzi Bank banklararası bazarda qısamüddətli faizləri bu parametrə yaxınlaşdırmağa çalışır.
Dəhlizin aşağı həddi ilə uçot dərəcəsi arasında formalaşan faizlərlə sterilizasiya yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir. Uçot dərəcəsi ilə dəhlizin yuxarı həddi arasında formalaşan faizlərlə likvidliyin verilməsi yönümlü qısamüddətli açıq bazar əməliyyatları həyata keçirilir.
Mərkəzi Bank sərəncamındakı alətlərlə banklararası pul bazarında faizlərin dəhliz daxilində formalaşmasına çalışır. Bu proses pul siyasəti qərarlarının transmissiyasının birinci həlqəsini təşkil edir. Banklararası bazarda qısamüddətli faizlər dəyişəndə digər faizlər, o cümlədən depozit və kredit faizləri də dəyişir. Bu proses pul siyasəti qərarlarının transmissiyasının ikinci həlqəsini təşkil edir.

Banklar     Tarix: 28 oktyabr 2022

Oxşar xəbərlər

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler dollar məzənnəsi dollar manat kursu iqtisadiyyat xeberleri depozit faizleri