TCMB inflyasiya proqnozlarını dəyişməyib
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) ilin ikinci inflyasiya hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Mərkəzi Bankın sədri Şahap Kavcıoğlu inflyasiya proqnozlarını 2023-cü ilin sonu üçün 22,3 faiz, 2024-cü ilin sonu üçün isə 8,8 faiz səviyyəsində saxladıqlarını açıqlayıb.
Ankarada ilin ikinci İnflyasiya Hesabatının təqdimatını edən Kavcıoğlu, inflyasiyanın yavaşlamasında "valyuta məzənnəsinin sabitliyi, gözləntilərin yaxşılaşması və əmtəə qiymətlərindəki azalmanın" təsirli olduğunu bildirib.
Açıqlamaya görə, bank 2023-cü il üçün ilin sonuna ərzaq inflyasiyası proqnozunu 22 faizdən 27,9 faizə qaldırıb.
2023-cü il üçün xam neftin orta qiyməti üzrə proqnoz 80,8 dollardan 78,1 dollara endirilib.
Proqnozlar müəyyən edilərkən enerji qiymətlərindəki azalmanın nəzərə alındığını qeyd edən Kavcıoğlu, ilin qalan hissəsində yerli ərzaq qiymətlərinin xarici qiymətlərlə daha münasib olacağını gözlədiklərini bildirib.
/ marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Milyonlar qazandıran qəribə biznes ideyaları
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Bitcoin necə işləyir?
İban nədir?