Tramp FED rəhbərlərindən birini vəzifəsindən azad edib
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi FED İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad etdiyini açıqlayıb.
Banker.az xəbər verir ki, CNBC bunu ABŞ mərkəzi bankının "müstəqilliyinə qarşı nadir və dramatik bir eskalasiya" hesab edir. Trampın Kukuya göndərdiyi məktubda, Federal Mənzil Maliyyəsi Agentliyinin direktoru Bill Pultenin iddialarına istinad edilərək onun ipoteka müraciətlərində saxta bəyanatlar verdiyi qeyd olunub.
Kuku isə açıqlamasında Trampın qanuni əsas olmadan onu "vəzifədən azad etdiyini" və bunun səlahiyyəti daxilində olmadığını bildirib. O, istefa verməyəcəyini və 2022-ci ildən olduğu kimi ABŞ iqtisadiyyatına xidmət etməyə davam edəcəyini vurğulayıb. Kuku, keçmiş prezident Bayden tərəfindən təyin olunub və yüksək səviyyəli vəkil Abbe Luel tərəfindən müdafiə olunur.
Trampın hərəkəti federal məhkəmədə mübahisələndirilə bilər, ABŞ Ali Məhkəməsi isə onun qanuni olub-olmadığını müəyyən edə bilər. 1913-cü il Federal Rezerv Aktına görə, prezident yalnız "əsaslı səbəb" olduqda FED üzvünü vəzifədən azada bilər, bu isə tarixən qanunsuzluq və ya vəzifə öhdəliklərinin kobud pozulması kimi başa düşülüb.
Analitiklər Trampın addımını mərkəzi bank "müstəqilliyinə qarşı nadir nümunə" kimi qiymətləndirir və bazarların bu xəbəri mənfi qəbul edə biləcəyini bildirirlər. Tramp həmçinin FED sədri Pauelin vəzifədən azad edilməsini 10-dan çox dəfə istədiyini açıqlayıb. Əgər Kuku vəzifədən uzaqlaşdırılarsa, Tramp onun yerinə namizəd təyin edərək FED İdarə Heyətində 4-3 üstünlük əldə edə bilər.
Bazarlarda ABŞ dolları 0,3% zəifləyib, 2 illik xəzinədarlıq istiqrazlarının gəliri isə 4 baza bəndi aşağı düşüb. Qızıl qiymətləri isə 0,3% artıb.

"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Yelo Bank"da çalışanların sayı açıqlandı
Enerji xərclərinizi "Unibank"la azaldın
"Kapital Bank"ın səhmdarlarının sturkturunda dəyişiklik olub
"Bitcoin" yenidən 78 min dollara yaxınlaşıb - SON QİYMƏT
"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
"iPhone 15" modelinin üstünlükləri
Dünyanın ən varlı 10 adamı
Marketinq nə demədir?
Biznes qurmaq üçün nə lazımdır?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?