Unibank birinci rübü mənfəətlə başa vurub

Unibank birinci rübü mənfəətlə başa vurub"Unibank" KB ASC 2023-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 mart 2023-cü il tarixinə Bankın əməliyyat mənfəəti 15 milyon manata yaxın olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Qeyd edilib ki, hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində ciddi artım qeydə alınıb. Dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 56% artaraq 75 milyon manata yaxınlaşıb. Bunun 48 milyon manatı faiz gəlirləri,  27 milyon manatı isə qeyri-faiz gəlirləri hesabınadır. Beləliklə bank birinci rübü 4,3 milyon manat xalis mənfəətlə başa vurub.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov 2023-cü ilin ilk rübünü bank üçün uğurlu dövrlərdən hesab edir: "Unibank komandası rüb ərzində əzmlə çalışıb. Deyə bilərik ki, bu il üçün qarşıya qoyduğumuz hədəflərə doğru ciddi addımlar atdıq. Müştərilərimiz üçün faydalı bank məhsulları və xidmətlərinin həyata keçirilməsi və daxili investisiya  layihələrinin icrası birinci rüb ərzində davam etdirilib. Həyata keçirilən tədbirlərin nəticəsi, bu ilin ilk rübü üzrə maliyyə nəticələrinə də müsbət təsirini göstərib. Bu il üçün yeni daxili inkişaf layihələrimiz və müştərilərimiz üçün planladığımız  yeniliklər var. 2023-cü ilin ölkə bank sektoru, eləcə də Unibank üçün əhəmiyyətli illərdən biri olacağını düşünürük".
2023-cü ilin 1-ci rübü ərzində bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2022-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə "Unibank"ın ümumi kredit portfelinin həcmi 20% artıb.
Hər zaman olduğu kimi Biznesin kreditləşməsi "Unibank"ın prioritetləri sırasında olub. Ötən dövrdə xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. Dövr ərzində real sektorun inkişafına ayrılmış kreditlərin məbləği ötən ilin birinci rübü ilə müqayisədə artaraq, 83 milyon manata yaxınlaşıb. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq  290 milyon manata yaxın olub.Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank"ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41%-ə yaxın artıb.  Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 64% artaraq, 145 milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2022-ci ilin birinci rübü ilə müqayisədə 35% artaraq, 47 milyon manata çatıb. 
2023-cü ilin ilk rübündə bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında da özünü göstərib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 30 % artaraq, 134 milyon manat olub. Rüb ərzində bankın aktivləri bir qədər də artaraq, 1 milyard 446 milyon manatı ötüb. 
Ötən müddət ərzində "Unibank"ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 78 milyon manat artaraq, rübün yekununda 548 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2022-ci ilin ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 3 dəfə artaraq 1,8 milyard manatı keçib. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin ilk rübündə Unibank kart sahiblərinin sayında rekord həcmdə- 48% artım olub. 
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.   / marja.az

Banklar     Tarix: 25 aprel 2023

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler internetden pul qazanmaq dollar manat kursu valyuta kurslari iqtisadiyyat xeberleri