Unibank "İlin partnyoru" seçilib

Unibank (®) Unibank həyata keçirdiyi uğurlu layihələrə görə, Compass Plus Tecnologies tərəfindən iki nominasiya üzrə qalib seçilib.
Beynəlxalq şirkət "Unibank"ı  "İlin partnyoru-2023" və "Biznesin intensiv inkişafı və innovativ layihələrin uğurla həyata keçirilməsinə görə ambisiya və innovasiya" nominasiyaları üzrə mükafatlandırıb. Beynəlxalq şirkət kimi 30 ildən artıq müddətdə banklar və kart prosessinq mərkəzləri üçün innovativ həllər yaradan Compass Plus,  "Unibank"la 2021-ci ildən əməkdaşlıq edir. Bankın Kart Prosessinq Mərkəzi Compass Plus tərəfindən yaradılan ən son standartlara uyğun TranzAxis prosessinq sisteminə uğurla keçid edib. Bu əməkdaşlığın nəticəsi olaraq,  Apple Pay, Google Pay, Garmin Pay - Token ilə ödənişlərin Azərbaycan bankları arasında ən birincilər sırasında reallaşdırılması, Leobank layihəsi, multivalyutalı UCard-ın buraxılması və digər çox vacib layihələr həyata keçirilib.
Müasir innovativ tələblərə cavab verən  TranzAxis prosessinq sisteminə keçid bankın kart sayının və kartlar üzrə əməliyyatların da dəfələrlə artmasına imkan yaradıb. Son iki ildə bankın kart sayı 3 dəfədən çox artaraq 2 milyona yaxınlaşıb. Unibank kartları üzrə əməliyyatların sayı da bu müddətdə 11 dəfədən çox artaraq, 20 milyona çatmaqdadır. Yeni sistemə keçid bankın bankomat və pos-terminallarının sayına, eləcə də onların fəaliyyət effektivliyinin dəfələrlə artmasına səbəb olub.
Hazırda Unibank kartlarına bankın öz Prosessinq Mərkəzi tərəfindən xidmət olunur. Bank kartlarının "Unibank"ın öz Prosessinq Mərkəzi tərəfindən idarə edilməsinə başlanması son illərdə ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv prosesin təminatına şərait yaradıb. Müasir proqram təminatı ilə təmin olunmuş Mərkəz, bazardakı yeniliklərə dərhal qoşulmağa imkan verir. Kartlara bankın öz prosessinq mərkəzi tərəfindən xidmət olunması nəticəsində müştərilərin istəkləri, xidmətlərə rahat çıxışı qısa müddət ərzində təmin edir. Prosessinq Mərkəzi tərəfindən həyata keçirilən layihələr sırasında yeni nəsil UTM aparatlarının uğurla inteqrasiya olunması, bu bankomatlarda mədaxil-məxaric imkanlarının dəfələrlə asanlaşdırılması və müştəriyönümlü olması Unibank kart sahibləri tərəfindən razılıqla və maraqla qarşılanıb. "Unibank"ın Kart Prosessinq Mərkəzi, bankın kartlarına operativ xidmətin daha da yüksəldilməsi, əlavə imkanların yaradılması istiqamətində yeni layihələr üzərində işləyir.
Unibank- Sənin Bankın! / marja.az

Banklar     Tarix: 26 may 2023

Oxşar xəbərlər

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler investisiya bitcoin biznes krediti kripto