Xalq Bank 2022-ci ilin əsas maliyyə göstəricilərini açıqladı

Xalq Bank 2022-ci ilin əsas maliyyə göstəricilərini açıqladıASC "Xalq" Bankı 2022-ci il üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Bank 2022-ci ildə stabil mövqe nümayiş etdirərək illik fəaliyyətini uğurla tamamlamışdır.
Belə ki, ilin sonuna Xalq Bankın aktivlərinin həcmi 2021-ci ilin sonu ilə müqayisədə 14.78% artaraq 2 milyard 685,07 milyon manat, müştərilərə verilən kredit portfelinin həcmi 25.03% artaraq 1 milyard 774,25 milyon manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 20.22% artaraq 1 milyard 855,26 milyon manat, cəmi kapitalı 5,80% artaraq 475,21 milyon manata çatdırılmışdır.
İlin sonuna Bankın xalis mənfəəti 27 milyon 220 min manat təşkil etmişdir.
Qeyd edilib ki, aktivlərinin və kredit portfelinin həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır. 
Məlumatda bildirilir ki, 2022-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin genişləndirilməsi, kredit məhsullarının əlçatanlığının təmin edilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılmışdır. 2022-ci ildə Bank yeni loyallıq proqramları əsasında XalqKart Petrol və Cashback məhsullarını təqdim etmiş, bununla yanaşı, sürətli və təmassız ödəniş üsulları olan Apple Pay və Google Pay xidmətlərini aktiv etmişdir. 
2022-ci ildə Moody"s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini B2 səviyyəsindən B1 səviyyəsinə artırmış, reytinq üzrə proqnozunu "Stabil" olaraq qiymətləndirmişdir. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3-dən yüksəldərək B2 səviyyəsinə qaldırmışdır.
Bankın həyata keçirdiyi "Xalq Əmanəti" mədəni-sosial layihəsi çərçivəsində 2022-ci ildə Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" bədii albomu geniş ictimaiyyətə təqdim olunmuşdur. 
"Ötən il fəaliyyətə başlamasının 18 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Xalq Bank 2022-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar işçi heyəti, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur",- press-relizdə deyilir. / marja.az

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri telefonla pul qazanmaq biznes xeberleri